Möminin və kafirin qəbirdəki halı

Möminin və kafirin qəbirdəki halıMənbə: http://zikr.az

Peyğəmbər - sallallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, meyit qəbirə qoyulduqda, insanların dönüb gedərkən ayaqlarının səslərini eşidir.

Möminin halı

Əgər o, (dünyada ikən) mömin olmuşdursa, başının üstündə namaz, sağ tərəfində oruc, sol tərəfində zəkat və ayaqları tərəfində isə sədəqə, qohumluq əlaqələri, yaxşı işlər və insanlara edilən yaxşılıqlar kimi əməlləri durur. Baş tərəfindən ona əzab yaxınlaşdıqda namaz deyir: "Mən tərəfdən yol yoxdur". Sonra sağından əzab yaxınlaşdıqda oruc deyir: "Mən tərəfdən yol yoxdur". Sonra solundan əzab yaxınlaşdıqda zəkat deyir: "Mən tərəfdən yol yoxdur". Sonra ayaqları tərəfdən əzab yaxınlaşdıqda sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək və insanlara xeyirxahlıq etmək kimi yaxşı əməllər deyir: "Mən tərəfdən yol yoxdur".
Ona: "Otur"- deyiləcək, o da oturacaq. Ona günəşin batması göstəriləcək və deyiləcək: "Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?
O deyəcək: "Buraxın namazımı qılım".
Onlar deyəcəklər: "Sən qılacaqsan, (əvvəlcə) səndən soruşduğumuzu xəbər ver! Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?"
O deyəcək: "O Muhəmməddir, mən şahidlik edirəm ki, o, Allahın Elçisidir. O, Allahın dərgahından haqq ilə gəlmişdir".
Ona deyiləcək: "Sən bunun üzərində yaşadın, bunun üzərində də öldün və inşallah bunun üzərində də diriləcəksən".
Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: "Bu sənin Cənnətdəki yerindir və Allahın sənin üçün orada hazırladıqları (nemətlərdir)". Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: "Əgər sən asi olsaydın, bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqları olardı". Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun qəbri yetmiş dirsək genişlənəcək və nurlanacaq. Onun cəsədi əvvəlki halına qaytarılacaq və ruhu Cənnət ağacından asılan quşun daxilinə qoyulacaq. Bu haqda Uca Allahın ayəsində deyilir: "Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər" (İbrahim, 27).

Kafirin halı

Həqiqətən, kafirə baş tərəfindən əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra sağından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra solundan əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır. Sonra ayaqlarından əzab yaxınlaşdıqda, onun qarşısını ala biləcək bir şey tapılmır.
Ona: "Otur"- deyiləcək, o da qorxu içində otura­caq.
Ona deyiləcək: "Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?"
O deyəcək: "Hansı kişi?"
Ona deyiləcək: "Aranızda olan kişi?"
O bu adı söyləməyə hidayət olunmur, nəhayət ona deyiləcək: "O Muhəmməddir!"
O deyəcək: "Bilmirəm, insanların nə isə dediyini eşitdim, mən də insanların söylədikləri kimi söyləyirəm".
Ona deyiləcək: "Sən bunun üzərində yaşadın, bunun üzərində öldün və inşallah bunun üzərində də diriləcəksən".
Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: "Bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqlarıdır". Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: "Əgər sən itaət etsəydin, bu sənin Cənnətdəki yerin və Allahın sənin üçün orada hazırladıqları (nemətlər) olardı". Bu an onun həsrəti və həlakı artacaq. Sonra onun qəbri o qədər daralacaq ki, onun qabırğaları bir-birinə keçəcək. Bu, Allahın ayəsində buyurduğu sıxıntılı güzərandır: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiy­amət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" (Taha, 124)". (İbn Hibban, 3113).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4110   Tarix: 06 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475