Fatimə haqqında

Fatimə haqqındaMənbə: http://zikr.az

 Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun!
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.
Allah Rəsulunun danışığına insanlar içərisində ən çox oxşayanı Fatimənin danışığı idi. Aişə demişdir: "Danışığında Allah Rəsulunun sözünə Fatimədən daha çox oxşayan birini heç bir zaman görmədim". (əl-Buxari 233, Muslim, 3349).
Fatimə atasının yanına daxil olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayar, Fatimə də ona qarşılıq verərdi. Peyğəmbərin vəfatından sonra Fatimə altı ay yaşadı.
Abbas onun üçün cənazə namazı qılmış, Əli və Fəzl onu qəbirə endirmişdi. Fatimənin oğlanları Həsən və Hüseyn, qızlarından biri Ömər ibn Xattaba ərə getmiş Ummu Külsüm, digəri isə Abdullah ibn Cəfər ibn Əbu Talibə ərə getmiş Zeynəb idi. 
Aişədemişdir: "Fatimə Peyğəmbərin yürüdüyü tərzdə yürüyərək gəldi. Peyğəmbər dedi: "Xoş gəldin, mənim qızım". Sonra onu sağ və yaxud sol tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə ağladı. Mən ona: "Nə üçün ağlayırsan?" deyə soruşdum. Sonra o Fatiməyə gizlicə bir söz söylədi və o gülümsədi. Mən: "Bu günki kimi sevincin kədərə bu cür yaxın olduğunu görmədim". Rəsulullahın ona nə söylədiyini soruşdum və o: "Allah Rəsulunun sirrini açmaram" deyə söylədi. Peyğəmbər vəfat etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: "O mənə dedi: "Cəbrayıl mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan". Ona görə də mən ağladım. Sonra o dedi: "Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?". Buna görə də güldüm". (əl-Buxari 3437, Muslim, 4483).
Abdullah ibn Məsudun rəvayət etdiyi hədisdə belə deyilir: "Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəziləri digərlərinə: "Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbəxti gedib bunu gətirdi və Peyğəmbər səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və gülərək bir-birinə söykənirdilər və Allah Rəsulu səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi başını qaldıraraq üç dəfə: "Ey Allahım! Qureyşi sənə həvalə edirəm" deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...". (əl-Buxari və Muslim).
Digər bir hədisəAllahın Elçisi belə deyir: "Fatimə məndən bir hissədir, kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər". (Buxari və Müslim).
Başqa bir rəvayətdə isə belə deyilir: "Dünyadakı ən fəzilətli dörd qadın bunlardır: Məryəm, Asiyə, Xədicə və Fatimə".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5397   Tarix: 02 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594