Uhud savaşı haqqında

Uhud savaşı haqqındaMənbə: http://zikr.az

Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi. Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular. Bu hadisə müsəlmanların Mədinə şəhərinə hicrət etmələrindən 3 il sonra şəvval ayında baş vermişdir. Müşrik ordusunun Mədinəyə yaxınlaşması haqda xəbər Peyğəmbərə çatdıqda o, müsəlmanlarla müdafiə planı haqda məşvərət etdi. O, müsəlmanların ordusunu üç alaya böldü. Peyğəmbər Uhud dağına yönəlib oradakı vadinin dağa tərəf olan yerində mövqe tutdu. Allahın elçisi burada əskərləri üçün vəzifə bölgüsü apardı. Rəvayət edilir ki, Bəra ibn Azib demişdir: "Peyğəmbər Uhud döyüşün­də əlli nəfərlik oxçu dəstəsinə Abdullah ibn Cubeyri başçı təyin edib de­miş­dir: "Quşların cəsədlərimizi dimdikləyib yediyini görsəniz belə, mən sizə xəbər göndər­məyincə yerinizdən ayrılmayın! Bizim düşməni darmada­ğın edib onları tapdala­dığımızı görsəniz belə, mən sizə xəbər göndərməyincə ye­rinizdən ayrılmayın!"
Müsəlmanlar ilk həmlədə düşməni darmadağın etdilər. Vallahi ki, mən (müşriklərin özləri ilə gətirdikləri) qadın­ların paltarlarının ətəyini əllərinə alıb qaçdığını gördüm. Onların xalxalları (yaraşıq üçün topuqlarına taxdıqları zinət əşyaları) və ayaq­ları görünürdü. Bu vaxt Abdullah ibn Cubeyrin dəstəsin­dəki oxçular: "Qənimət! Ay camaat, qənimət! Qardaşlarımız qalib gəldilər! Siz nə­yi gözləyirsiniz?!"– dedilər.
Abdullah ibn Cubeyr dedi: "Peyğəmbə­rin sizə dediklərini nə tez unutdunuz?!"
Onlar: "Vallahi, biz camaatın yanına gedib pa­yımıza düşən qənimətləri götürə­cəyik"– deyib ora yüyür­dülər. (Müşriklərin süvari dəstəsi Abdullah ibn Cubeyr və onun yanında qalmış ona yaxın səhabədən başqa oxçuların tutduqları mövqeni qoyub getdiklərini gördükdə əks hücuma keçdilər, nəti­cədə isə) mü­səl­manlar qaçmağa üz tutdular və məğlubiyyətə uğradılar. Hə­min vaxt Pey­ğəmbər arxa tərəfdən onları çağırırdı. Peyğəmbərin yanında cəmi on iki nəfər adam var idi. Müşriklər bizdən yetmiş nəfəri şəhid etmişdilər. Hal­bu­ki Bədr döyüşündə Peyğəmbər və onun əshabələri müşriklərdən yüz qırx nəfərin başına müsibət gətirmiş – yetmişini əsir götür­müş, yetmişini də öl­dürmüşdülər.
Müsəlman­lar geri çəkildikdən sonra Əbu Süfyan onlara ya­xınlaşdı və üç dəfə qışqırıb dedi: "Muhəmməd aranızda­dırmı?" Pey­ğəm­bər əshabələrinə ona cavab verməyi qadağan etdi.
O, yenə üç dəfə qışqırıb dedi: "Əbu Quhafənin oğlu (yəni Əbu Bəkr) aranızdadırmı?" Yenə üç dəfə qış­qırıb dedi: "Xəttabın oğlu (yəni Ömər) aranızdadırmı?" Bundan sonra o, müşriklərin yanına qayıdıb dedi: "Bu üçü artıq öldürülmüşdür."
Onda Ömər özünü sax­laya bilməyib dedi: "Vallahi, yalan danışdın, ey Allahın düşməni! Hə­qi­qə­tən, adlarını çəkdiyin adamların hamısı sağdır və sənin məyus qalacağın günlərin hələ qabaqdadır."
Əbu Süfyan dedi: "Bu gün, Bədr gününün əvə­zi­dir. Bilin ki, döyüş dəyişkəndir. Siz ölülərinizin eybəcər hala salınmış ol­duğunu görəcəksiniz. Hərçənd bunu mən əmr etməmişəm, lakin bu məni heç kədər­ləndirmir də." Sonra o, təntənəli surətdə: "Yaşasın Hubəl! Yaşasın Hubəl!"- deyə qış­qırdı. (Bu, Kəbənin içinə yerləşdirilmiş, Kinanə qəbiləsinin ibadət etdiyi bütün adıdır).
Peyğəmbər əshabələri­nə: "Onun cavabını ver­mə­yəcəksinizmi?!"– deyə buyurdu.
Əshabələr soruşdular: "Nə deyək, ya Rə­su­lul­lah?"
Peyğəmbər buyurdu: "Deyin: "Allah hər şeydən uca və ulu­dur!"
Əbu Süfyan isə cavabında belə dedi: "Bizim Uzzamız var, sizin isə belə bir bütünüz yoxdur!"
Peyğəmbər: "Onun cavabını verməyə­cəksinizmi?!"– de­yə buyurdu. Əshabələr soruşdular: "Nə deyək, ya Rəsu­lullah?"
Pey­ğəm­bər buyurdu: "Deyin: "Allah bizim himayədarımızdır, sizin isə hi­ma­yə­da­rı­nız yoxdur!" (əl-Buxari, 3039).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2120   Tarix: 30 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237