Həyatına görə ayağından imtina etdi - VİDEO

Həyatına görə ayağından imtina etdi - VİDEODağa qalxan 26 yaşlı alpinist nə zamansa "127 saat" filminin qəhrəmanı Aron Ralstonun taleyini yaşayacağını ağlına belə gətirə bilməzdi.

"127 saat" filminin süjeti təkrar olunur: Tsenolu Şadrak Rasellonun ayağı qaya arasında qaldığından o, sağ qalmaq üçün ayağı ilə vidalaşmalı olub. Gənc oğlan 50 saat qaya arasında qaldıqdan sonra bu qərara gəlib. Hadisə Cənubi Afrikada baş verib.

Qaya arasında ilişib qalan alpinist mobil telefon ilə yardım istəyib. Xilasedicilər 26 yaşlı Rasellonu tapmaq üçün 6 vertolyot və 100 qəza xidməti işçisindən istifadə edib.

Gənc oğlan "müqəddəs su" üçün dağa qalxıb. Qalxarkən onu ilan sancıb və alpinist iki qaya arasına yuvarlanıb.

Köməyə gələn xilasedicilər oğlanı susuzdan can verdiyini, lakin huşunun yerində olduğunu seziblər. O, xilası üçün yeganə çıxış yolunun ayağının kəsilməsi olduğunu dərk edib. Alpinist xilasedicilərə deyib: "Əgər ayağımı kəsə bilirsinizsə, kəsin. Təki məni buradan xilas edin".

Hazırda xəstəxanada yerləşən kişinin vəziyyəti stabildir.

publika


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2636   Tarix: 01 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740