Doğum günün mübarək əziz Sərxan - FOTO

Qənirə Paşayeva yazır...

Ankrada xəstəxanada Sərxanın doğum gününü qeyd etdik. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızda olan Sərxanı ilk dəfə Bakıda Hərbi qospitalda ziyarət etmək istəyəndə xəstəxananın rəhbərliyi və həkimlər vəziyyəti sizə çox pis təsir edə bilər demişdilər. Reanimasiyada yatağına yaxınlaşdım.

Onun vəziyyətini görəndə elə vəziyyətə düşdüm ki, heç bir şey danışa bilmirdim. Bir-birimizin gözlərimizə baxdıq və gözyaşları süzülməyə başladı. Bir az sonra özümü birtəhər toparlayıb əlindən tutdum və görəcəksən hər şey yaxşı olacaq sən indi hər zamankından daha güclü olmalısan və olacaqsan,sənin üçün hamımız dua edəcəyik dedim.

Sağ olsunlar dövlətimizin və qardaş Türkiyənin rəsmiləri yaralı əsgər və hərbiçilərimizdən bir neçəsinin Ankarada müalicələrini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular. Bir neçə gün əvvəl Sərxanın ad günü idi və bir az gec də olsa onu təbrik üçün xəstəxanaya getdik. Dostlarla Anar bəy, Səidə xanımla kiçik və sürpriz bir doğum günü təbriki hazırladıq. Sərxan bizi əlimizdə tort, şamlarla görəndə mənim üçün sürpriz oldu dedi. Bərabər doğum günü tortunu kəsdik və hamımız "Nə yaxşı ki, doğuldun Sərxan" deyə oxumağa başladıq. Xəstəxanada dostlar da bizi qoşuldular və gözəl bir doğum günü qeyd etdik. Sərxanla geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görmək, özəlliklə psixoloji olaraq daha güclü görməkdən məmun oldum. Sağ olsun həkimlər artıq ayağının birinə protez qoyulmasına başlanılıb. İnşallah inanırıq ki, hər şey yaxşı olacaq. Razılaşdıq ki, elçiliyinə mən də getməli olacam və nəinki elçiliyə gedəcəyimi hətta Sərxana nigah şahidi olacağıma da söz verdim.

Xeyli gülüşdük. Dualarınızı Sərxan üçün əksik etməyin.İnanıram ki, inşallah bu cür gənc balalarımıza bu yaşda böyük ağrılar yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Mütləq!Sərxan isə sağalacaq və mutlu olacaq. Çünki dövlətimiz də,xalqımız da, hamımız yanındayıq və yanında olacağıq. Nə yaxşı ki, doğuldun əziz Sərxan! Səni çox istəyirik və dualarımız hər zaman sənin üçün olacaq. İnşallah qısa zamanda sağalasan və toyunda sənin arzuladığın kimi iştirak edə bilməyi Allah bizə nəsib etsin!

publika

Doğum günün mübarək əziz Sərxan - FOTODoğum günün mübarək əziz Sərxan - FOTODoğum günün mübarək əziz Sərxan - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4580   Tarix: 23 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0