Məni döyə döyə sənətə gətirdilər - MÜSAHİBƏ

Məni döyə döyə sənətə gətirdilər - MÜSAHİBƏƏməkdar artist Könül Kərimovanın müsahibəsi.

- Könül xanım, hər bir məşhurun keçmişdə acınacaqlı, pis günləri olub. Ən azından bunu özləri etiraf edirlər. Siz də "daşdan çörək çıxardan"lardan olmusunuz?

- Bəli, mən də asanlıqla bu yerə gəlib çıxmamışam. Əziyyətlərim çox olub. Hətta təzə-təzə toylara gedəndə çox xəcalət çəkirdim, utanırdım.

- Niyə utanırdınız ki?

- Düşünürdüm ki, yüksək səviyyədə musiqi alan bir müğənni 6-7 saat toyda oxumalı deyil. Tək özümü demirəm, ümumilikdə danışıram. İstedadımızdan düzgün istifadə etməyi bacarmalıyıq.

- Nə zamansa kafelərdə oxumusunuz?

- Qətiyyən. Çünki mən sahib olduğum peşəyə dəyər vermişəm, onu heç vaxt gözdən salmamışam.

- Gözdən salanları görmüsünüz?

- Toylarda, məclislərdə kifayət qədər şahidi olmuşam...

- Könül Kərimova... İllərin təcrübəsi desək, yanılmarıq. Könülü Könül edən nə oldu? Səhnəyə gəlmək həvəsi sizdə haradan qaynaqlanır?

- Ümumiyyətlə, çoxları müğənni olmaq istəyəndə valideynləri buna etiraz edirlər. Maraqlı burasıdır ki, məndə əksinə oldu. Valideynlərim, xüsusən də anam mənim müğənni olmağımı istədi. Təsəvvür edin, mənim hünərim nə idi ki, bir gün musiqi dərnəyinə getməyim? Onda anam məni elə döyürdü ki, gəl görəsən. Bir sözlə, məni döyə-döyə sənətə gətirdilər (gülür).

- Çoxları iddia edir ki, Könül Kərimova da plastik əməliyyatdan istifadə edənlərdən olub. Yoxsa indiyə qədər təbbi yolla belə gözəl qalmaq hardasa mümkünsüzdür. Bu fikirlərə qarşı hansı cavabı verərdiniz?

- Onu demək istəyirəm ki, mən bu yaşıma qədər bədənimin heç bir yerində plastik əməliyyat keçirtməmişəm. Yalnız dodaqlarımda bir az dəyişiklik etmişəm. Ona da ehtiyac var idi. Yəni ki, sırf estetik baxımdan bunu etməmişəm.

- Oxuduğunuz bir mahnıda "Məni də gəl apar, qurbanın olum" deyirsiniz. Bu sözü kiməsə demisiniz?

- Yox, belə bir şey olmayıb (gülür). Sadəcə olaraq, mən oxuduğum bütün mahnıları ürəkdən oxuyuram. Yəqin ki, onu yazan adam da ürəkdən yazıb.

- İndiki gənc müğənnilərin əksəriyyəti açıq-saçıq geyimlərlə gündəmə gəlirlər. Maraqlıdır, siz indiyə qədər bu geyimlərdən heç vaxt istifadə etməmisiniz?

- Sözün düzü, o vaxt belə şeylərə pis baxırdılar. Səhnəyə heç vaxt açıq geyimlə çıxmamışam. Heç çıxmaq fikrim də olmayıb. Gündəlik isə müəyyən qədər sərbəst geyimlərə üstünlük verirəm. Amma o da çərçivə daxilində. Biri var gözəl görünmək, biri də var vulqar...

- Zənninizcə, fiziki quruluşunuz açıq-saçıq geyinməyə imkan verir?

- Düşünürəm ki, bəli, verir. Sadəcə olaraq, bunun üçün bir qədər də arıqlamaq lazımdır. Amma istənilən halda, belə geyimlərdən istifadə etmək mənim üçün gecdir.

- Bəs öz bədənini nümayiş etdirməklə səsini arxa plana "atan" müğənnilərə münasibətiniz necədir?

- Bu onların öz şəxsi işləridir. Bəlkə də, oxuduqları mahnıların motivləri onlara elə geyimlərdə çıxıb oxumağa imkan verir. Lakin istənilən halda bir fərd olaraq mən bunun əleyhinəyəm.

- Bir ara mətbuatda sizin həyat yoldaşınızdan ayrıldığınız gündəmə gəldi. Nə məsələ idi o?

- Heç özüm də bilmirəm ki, haradan çıxartmışdılar bunu. Bu xəbəri yayanlara dəfələrlə demişəm ki, mən ailəliyəm, inanmayan evimə təşrif buyursun, öz gözləri ilə həyat yoldaşımı görsün (gülür).

- Yəqin ki, həyat yoldaşınız sizin işinizə qarışmır...

- Qarışmır deyəndə ki, siz mənim ailəmi görsəniz, deyərisiniz ki, Könül xanım, siz necə müğənni olmusunuz? Sizə necə icazə veriblər. Bizdə o qədər ciddilik hökm sürür. Sadəcə olaraq, mən bu vaxta qədər ailəmin adına ləkə gətirəcək heç bir şey etməmişəm. Bundan sonra da etmərəm. Ona görə də möhkəm etibar qazanmışam.

- Yeri gəlmişkən, ailədə sizdən başqa oxuyan var?

- Oğlumun gözəl səsi var. Bunu təkcə mən demirəm. Bu yaxınlarda Teymur Əmrah da gəlib oğlumun səsinə baxdı. Bəyəndi. Dedi ki, oxumaq üçün böyük ürəyə sahibdir. Sənətin üstünə düşsə, yaxşı olar. Görək də, xeyirlisi (gülür).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4026   Tarix: 24 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851