Kürsü ayəsinin fəziləti

Kürsü ayəsinin fəzilətiMənbə: http://zikr.az

Əbu Hureyra demişdir: "Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Vallahi, mən səni mütləq Peyğəmbərin yanına aparacağam." O yalvarıb: "Mən buna möhtacam, mənim külfətim var, özümün də bu yeməyə olduqca ehtiyacım var"– dedi, mən də onu buraxdım.
      Ertəsi gün Peyğəmbər məndən soruşdu: "Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?" Mən dedim: "Ya Rəsulallah! O mənə həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım." Peyğəmbər dedi: "O sənə yalan danışıb və o yenə qayıdacaq." Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər: "...o yenə qayıdacaq"– deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Səni hökmən Peyğəmbərin yanına aparacağam." O yalvarıb dedi: "Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. Söz verirəm ki, bir daha bura qayıtmayacağam." Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım.
      Ertəsi gün Peyğəmbər məndən soruşdu: "Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?" Mən dedim: "Ya Rəsulallah! O, mənə həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və mən onu buraxdım." Peyğəmbər dedi: "O sənə yalan danışıb və o yenə qayıdacaq." Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Mən səni hökmən Peyğəmbərin yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan." O yalvarıb dedi: "Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər." Mən: "O nə sözdür?"– deyə soruşdum. O dedi: "Yatağına uzananda Kürsü – "Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur..." (əl-Bəqərə surəsinin 255-ci) – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi bir mələk durar və şeytan sənə yaxınlaşmaz." Mən yenə onu buraxdım.
      Səhəri gün Peyğəmbər məndən soruşdu: "Dünən tutduğun əsir nə etdi?" Mən dedim: "Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım." Peyğəmbər: "Nədir o?"– deyə soruşdu. Mən dedim: "O mənə söylədi ki, yatağına uzananda Kürsü – "Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur..." – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi bir mələk durar və şeytan sənə yaxınlaşmaz." Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər dedi: "O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?" Mən: "Xeyr!"– deyə cavab verdikdə, Peyğəmbər dedi: "Bu, şeytan idi!" (əl-Buxari, 2311).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3078   Tarix: 22 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elşad Miri: "Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan BÖHTANDIR"

"Başımıza gələn fəlakətləri, zəlzələləri Allahla əlaqələndirmək absurddur. Zəlzələdə binaların dağılmasına "alın yazısı" demək Allaha atılan bir böhtandır. Halbuki yaxşı iş olanda Allahla yox, özümüzlə əlaqələndiririk, öz nailiyyətimiz kimi qələmə veririk". Bu fikirləri -a açıqlamasınd

22.02.2023 4335
.

Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql

02.05.2022 5393
.

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs

08.08.2022 5231
.

Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur". Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı -a açıqlama verən ilahiyyatçı Elşad Mahmudo

06.08.2022 5684
.

Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış

12.08.2022 5194
.

"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları

08.08.2022 4853
.

Şəhid evində İFTAR

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma. Elə ailələr də var ki, bu gün onların başçılar

07.04.2022 6695
.

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir

18.06.2022 6473
.

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli

17.08.2022 5766