Peyğəmbərin isra və meracı

Peyğəmbərin isra və meracıMənbə: http://zikr.az

    İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra Rəsulullahın bir gecədə Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə gedib həmin gecə də geri qayıtması nəzərdə tutulur. İsra Uca Allahın hicrətdən öncə Peyğəmbəri bir gecədə Məscidul-Həramdan Məscidul-Əqsaya Buraq adlı miniyin üzərində Cəbrailin müşayiəti ilə aparması sayəsində ona bəxş etdiyi böyük bir möcüzədir.
Peyğəmbər Beytul-Məqdisə çatdıqda Buraqın ipini məscidin qapısının tutqacına bağlamış, sonra da məscidə daxil olub orada peyğəmbərlərə namaz qıldırmışdır. Sonra Cəbrail birinin içərisində şərab, digərində isə süd olan iki qab gətirmiş, o da südü seçmişdir. Onda Cəbrail ona demişdir: "Fitrətə müvafiq seçim etdin."
Uca Allah Peyğəmbərin bu səyahəti haqda əl-İsra surəsində belə buyurur:
"Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir" (əl-İsra, 1).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Mənim yanıma Buraq – uzunqulaqdan böyük, qatırdan alçaq olan uzun, ağ rəngli bir heyvan gətirdilər. O, addımını gördüyü son nöqtəyə qoyurdu. Mən ona minib Beytul-Məqdisə gəldim və onun ipini peyğəmbərlərin öz miniklərinin iplərini bağladıqları həlqəyə bağladım. Sonra məscidə daxil olub orada iki rükət namaz qıldım. Sonra da çölə çıxdım və Cəbrail mənə birində şərab, digərində isə süd olan iki qab gətirdi. Mən südü seçdim. Cəbrail də mənə: "Sən fitrətə müvafiq seçim etdin"– dedi." (Səhih Muslim, 162). Sonra Peyğəmbər hədisin qalanını danışıb meraca qalxdığını bildirdi.
      Merac sözü qalxmaq, ucalmaq mənasını verir. Merac Peyğəmbərin Cəbrailin müşayiəti ilə Beytül-Məqdisdən dünya səmasına, daha sonra isə səmanın digər qatlarına qalxaraq yeddinci səmaya qədər qalxmasına, bu səmalarda peyğəmbərlərlə görüşüb onları salamlaması, sonra da Sidratul-Muntəhaya (son həddəki Sidr ağacının yanına) qalxması, orada Cəbraili xəlq edildiyi surətində görməsi, həmin gecə Allahın onunla danışması və ona beş vaxt namazı fərz buyurması və nəhayət, yerə enməsi nəzərdə tutulur. Merac hadisəsi İsra gecəsi baş vermişdir. Uca Allah buyurur:
"İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha öz surətində enərkən gördü – son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman Sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü" (ən-Nəcm, 12-18).
Bu ayələrdə Uca Allah Merac zamanı Peyğəmbərin gördüyü hadisələri qeyd edir. O, Cəbraili Sidratul-Muntəhanı bürümüş şəkildə görmüşdü. Peyğəmbər demişdir: "…Sonra biz səmaya qalxdıq, Cəbrail qapının açılmasını xahiş etdi. Gözətçilər: "Sən kimsən?"– deyə soruşdular. O: "Cəbrailəm"– dedi. Onlar: "Yanındakı kimdir?"– deyə soruşdular. O: "Muhəmməddir" – dedi. Onlar: "Ona peyğəmbərlik verildimi?"– deyə soruşdular. O: "Bəli, verildi"– dedi. Bundan sonra göy qapısı bizim üçün açıldı. Bu vaxt mən Adəmi gördüm. O məni salamladı və mənə xeyir-dua etdi." Sonra Peyğəmbər göyün o biri qatlarına qalxdığını və orada peyğəmbərlərlə görüşdüyünü qeyd etdi. Sonra dedi: "Daha sonra biz Sidratul-Muntəhaya qalxdıq. Onun yarpaqları fil qulaqlarına, meyvələri isə saxsı səhənglərə bənzəyirdi. Allah tərəfindən bu ağacı bürüyən bürüdükdə onun görünüşü dəyişdi. Allahın yaratdıqlarından heç kəs onun gözəlliyini vəsf edə bilməz.
Sonra Allah mənə bir çox əmrləri vəhy etdi və mənə gün ərzində əlli vaxt namaz qılmağı əmr etdi. Mən Musanın yanına qayıtdıqda o məndən soruşdu: "Rəbbin sənin ümmətinə nəyi fərz buyurdu?" Dedim: "Əlli vaxt namaz qılmağı." Dedi: "Rəbbinin yanına get və ondan bu əmri yüngülləşdirməyini dilə, çünki sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Mən artıq İsrail oğullarından gördüyümü görmüşəm." Sonra mən Rəbbimin yanına qayıdıb dedim: "Ey Rəbbim, verdiyin əmri ümmətim üçün yüngülləşdir." O da bundan beşini azaltdı. Mən yenə Musanın yanına qayıtdım və ona bunu xəbər verdim. O dedi: "Sənin ümmətin bunu yerinə yetirə bilməyəcək. Rəbbinin yanına qayıt və ondan bu əmri yüngülləşdirməsini dilə." Beləcə, mən Rəbbimlə Musanın arasında gedib-gəlməyə başladım. Axırda Uca Allah belə buyurdu: "Ey Muhəmməd! Bu beş namazın hər biri on namaza bərabərdir və (ümumilikdə) əlli namaz kimidir..." (Səhih Muslim, 162).
İsra və Merac hadisələri Uca Allahın Öz Peyğəmbərinə bəxş etdiyi iki əvəzolunmaz nemətdir və hər bir müsəlman bu hadisələrin həqiqət olduğuna iman gətirməli və bilməlidir ki, Allah bu iki hadisə sayəsində Peyğəmbərimizi digər peyğəmbərlərdən üstün etmişdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3587   Tarix: 16 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146