Çili haqqında maraqlı məlumatlar və - FOTO

Çili haqqında maraqlı məlumatlar və - FOTOCənubi Amerikanın cənub qərbində dövlətdir.

Onu "Antraktidaya açılan darvaza" da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır.

Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir.

Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir.

Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir.

Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.

Çili haqqında maraqlı məlumatlar və - FOTOÇilinin görməli yerləri

Çilinin görməli yerləri sırasında Çunqara və Miskantı gölü, Parinakota vulkanı, Atakama səhrası, El-Tatio qeyzeri, Kopakilya, Sapauira arxeoloji abidələri, sirli Pasxa adası, Amerika qitəsinin ən cənub rayonu və ölkəsinin sərhədlərindən çox uzaqlarda tanınan Pataqoniyanın adını çəkmək olar. Planetimizin ən isti nöqtələrindən biri olan Atakama səhrasından başlayaq. Elə olur ki, buraya yüz illərlə bir damla yağış belə düşmür. Buna baxmayaraq, ərazi iri lantşaftı, zəngin arxeoloji məntəqələri və unikal heyvanlar aləmi ilə tanınır. Burada160 kaktus, 200-ə yaxın heyvan növünə rast gəlinir. Çilinin ən sirli məkanlarından biri Pasxa adası sayılır. 5 saatdan sonra Santyaqodan qalxan təyyarənin illuminatorunda üçbucaq formasında olan vulkan mənşəli adanı görmək mümkündür. Ərazisində 3 min nəfər adam yaşayır. Burada tarixi V-VI əsrlərə aid və üzləri adaya baxan1000-ə yaxın heykəl var. Sanki onlar əhalini dənizdən gələn təhlükədən qoruyur. Çəkiləri bir-birindən fərqlidir. Ən böyüyününkü 90 tona yaxındır.

Çili haqqında maraqlı məlumatlar və - FOTOÇili mətbəxi

Yerli əhali toyuq ətinə üstünlük verir. Burada daha çox müraciət olunan və sevilən xörəklərdən biri kasuela de ave şorbasıdır. Bu toyuq əti, ədviyyat, kartof və düyüdən hazırlanır. Həmin xörək istənilən restoranın menyusuna daxildir. Xüsusilə də əyalətlərdə dadlı bişirilir. Əgər qarşınıza iri boşqabda cücənin yarısı, bir iki ədəd bütöv kartof və düyü gələrsə, bilin ki bu kasueladır. Mal əti, qızardılmış yumurta və kartofdan hazırlanan lomo a lya pobrenin də dadına baxmağı unutmayın. Milli kuranto şorbasının isə öz yeri var. Empanadas pirojkilərini isə mütləq yeməlisiniz. Onların içliyi ya mal əti, ya qaymaq, ya da balıqdan ibarət olur. Sevilən xörəklərdən biri də yodla zəngin olan dəniz kirpisinin şorbasıdır. Adları çəkilən xörəkləri qarğıdalı unundan bişirilən xumitas kökələri ilə yesəniz daha yaxşı olar. Çərəzdən sonra bir fincan qəhvə içilir. Çilililər qəlyənaltı etməyi də çox sevirlər. Onun tərkibinə salat, ətli şorba və ya empanadas daxildir. Bunun üçün sizə 2 dollar kifayət edər. Axşamlarsa adətən sendviç yeyilir.

Çili haqqında maraqlı məlumatlar və - FOTOAdət-ənənə

Çilinin sakinləri planetin ən qəribə insanlarıdır. İspan və hindulardan formalaşan əhalinin yaşadığı bu ərazi demək olar bütün millətlərin qarışığını özündə ehtiva edir. Onların hər biri isə ölkənin mədəniyyətinə özünəməxsus xüsusiyyətlər gətirib. Çilililər çox mehriban insanlardır. Əhali ilə siyasi mövzularda söhbət etməyə çalışmayın. Çünki söhbət saatlarla uzandığı kimi ətrafınıza kifayət qədər insan da toplaşa bilər. Küçədə spirtli içki içmək və siqaret çəkmək lazım deyil. Bu düzgün qəbul olunmur. Hətta, bəzi şəhərlərdə qadağan da olunub. Dövlət müəssisələrində, avtobus, stadion, məktəb, xəstəxana və bu kimi ictimai yerlərdə papiros çəkilməsini qadağan edən qanun 2006-cı ildən qəbul edilib. Qanunu pozan 15000 peso (30 dollar) dəyərində cərimə ödəməlidir. Şənbə və bazar günləri demək olar ki, hər yer bağlıdır. Ona görə də valyuta dəyişmək, mehmanxanada otaq kirayə etmək və təyyarəyə bilet almaq bu günlərdə tamamilə qeyri-mümkündür.

Çili haqqında maraqlı məlumatlar və - FOTOÇilidə turistlərə məsləhət

Burada mobil telefonlardan istifadə geniş yayılıb. İstənilən müddətə istənilən telefonu icarəyə götürə bilərsiniz. Bunu etmək üçün qaldığınız mehmanxananın administratoruna yaxınlaşmalısınız. Beynalxalq zənglər burada çox ucuzdur. Çili restoranlarının özüməxsus cəhətləri sizi sadəcə təəccübləndirə biləcək. Elə masa arxasına oturan kimi sizə pulsuz isti bulkalar yemək təklif olunacaq.

Çili haqqında maraqlı məlumatlar və - FOTONahar və ya şam yeməyi isə təsəvvür etdiyinizdən də dadlı olacaq. Çaypuluna gəlincə isə o, ödənilən məbləğin 10%-ni təşkil edir. Bundan başqa, müxtəlif suvenirlər də ala bilərsiniz. Məsələn, mapuçi hindularının gümüşü bəzək əşyaları buna misal ola bilər. Eləcə də əl işləri və misdən hazırlanan məmulatları da qeyd etmək olar. Unutmayın ki, ölkə misin ən iri ixracatçılarından biridir. Ümumi dövriyyədə onun payı 40%-dir. Yüngül sənaye mallarına gəlincə, ənənəvi olaraq keyfiyyətlidir və Latın Amerikasının sərhədlərindən kənarda da onlara tələb var.

Çili haqqında maraqlı məlumatlar və - FOTOayna


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6073   Tarix: 18 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yer planetindəki oksigen nə vaxt bitəcək?

Oksigen Yer üzündə həyatı mümkün edən çoxsaylı komponentlərdən biridir. xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmaya görə, oksigenin həddindən artıq azalması bir gün planetimizdəki canlıların əksəriyyətini boğa bilər. Bu hadisənin ən azı bir milyard il daha baş verməsi gözlənilmir

21.11.2023 585
.

"Google" qeyri-aktiv hesabları siləcək

Dekabrın ilk günlərindən etibarən "Google" bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq. Bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib. Yeni qaydalar "Gmail" sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, "Meet" audio zən

26.11.2023 313
.

15 yaşlı qızın qəbrindən çıxanlar ŞOKA SALDI - FOTO

15 yaşlı qızın orta əsrlərə aid qalıqları aşkar edilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə orta əsr icmasına aid qəbirdə 15 yaşlı qızın qalıqları diqqət çəkib. Güman edilir ki, qızın ayaqları bağlanıb və üzü aşağı basdırılıb. Arxeoloqlar qeyd ediblər ki, qızın qəsəbə sərhədind

02.12.2023 620
.

Avstraliyada xəstəlik daşıyan minlərlə siçovul şəhərə hücum edib

Avstraliyanın Kvinslend ştatının Karumba şəhərində vəba da daxil olmaqla bir çox xəstəlik daşıyan gəmiricilər hücuma keçib. Məlumata görə, onlar maşınlara və binalara hücuma keçir, əkinləri məhv edir, insanlardan isə qətiyyən qorxmurlar. Həmçinin çimərlik, küçələr, səkilər, həmçinin dəniz suları siçovu

25.11.2023 342
.

Mumiyalanmış "yadplanetlilərin" qalıqlarında naməlum DNTaşkar edildi

Aparılan yeni analizin nəticələrinə görə, Peruda aşkar edilmiş mumiyalanmış "yadplanetlilərin" qalıqlarının 30 faizi naməlum növ DNT-dən ibarətdir. Meksikada tapılmış sirli cəsədlərin qalıqları üzərində aparılmış tədqiqat onların insanlara aid olmadığını aşkarlayıb. xəbər verir ki, Meksik

03.12.2023 249
.

İnsanlar 200 il yaşaya bilərmi? – CAVAB

Yeni bir araşdırma, bir çox sürünən və amfibiya növləri ilə müqayisədə məməlilərin qocalma sürətində əhəmiyyətli uyğunsuzluğu qeyd edir. Alimlər indi bu maraqlı uyğunsuzluğun Yerdə insanların yaranmasından çox əvvəl məskunlaşan və təxminən 66 milyon il əvvəl nəsli kəsilmiş dinozavrlarla bağlı olduğun

03.12.2023 309
.

Körpələr hələ doğuşdan əvvəl dil öyrənməyə başlayırlar - Alimlər deyir

Alimlər körpələrin hələ doğuşdan əvvəl dil öyrənməyə başladığını müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, ana bətnində olan körpənin beyni dil elementlərini qəbul edir. Əvvəlki araşdırmalara görə, doğulmamış uşaqlar hamiləliyin yeddinci ayında ananın bədənindən kənar səsləri qəbul edə bilirlər

26.11.2023 277
.

Dörd aylıq körpələrin özünü dərk etdiyi sübut olundu

Birmingem Universitetinin alimləri dörd aylıq körpələrdə özünü dərketmə qabiliyyətini kəşf ediblər. BİG.AZ -a istinadən bildirir ki, eksperiment zamanı mütəxəssislər körpələrə ekranda onlara doğru və ya onlardan uzaqlaşan topu göstəriblər. Ekrandakı top ən yaxın olduğu məqamda, uşaqların əllərinə yumşa

26.11.2023 257
.

Alimlər 2028-ci ilə qədər mamontu diriltmək istəyirlər

Britaniyanın biotexnologiya və gen mühəndisliyi şirkəti "Colossal Biosciences" 2028-ci ilə qədər tüklü mamontları çoxaltmaq niyyətində olduğunu açıqlayıb. Şirkətin planlarına görə, 4 min il əvvəl nəsli kəsilmiş mamontun balası beş ildən sonra dünyaya gəlməlidir. Mütəxəssislər tapılan nümunələrdə

26.11.2023 326