Ev telefonları pullu olacaq: nə üçün, nə vaxta və neçəyə?

Ev telefonları pullu olacaq: nə üçün, nə vaxta və neçəyə?Atoppa, Ağoppa, Ağabala... necədi? Bütün nəsil-nəcabətə telefonla baş çəkə biləcəyikmi?

Evin "simli mobil" telefonları
Yeni il başlayandan müzakirə edilən stasionar telefonların (ev, ofis və s. telefonları) pullu olması məsələsi cəmiyyətdə bir qədər narahatlıqla qarşılandı. Təbiidir, bizim cəmiyyət telefonla danışmaq üzrə liderdir. Gözlərimlə görüb, qulağımla eşidib şahid olmuşam, tanış bir qadın 2 saatlıq seriala telefonla rəfiqəsinə şərh edə-edə baxırdı. Rəfiqəsi maraqla izlədiyi seriala mənim bilmədiyim hansısa bir səbəbdən baxa bilmədiyi üçün telefonla şərhi dinləyirdi... Həm də fasiləsiz.
Bütün günü telefondan asılı qalan evdar xanımlarla bitsəydi dərdimiz nə idi? Özünü dərk etməyə başlayandan artıq hər bir yeniyetmə, gənc oğlan və qızların telefonla danışmaq aludəçiliyini də nəzərə alsaq, vəziyyətin necə qəlizləşdiyini görərik. saatlarla telefonun dəstəyindən asılıb, guya rəfiqəsiylə və dostuyla danışdığını deyib, valideynlərinin diqqətindən yayınmağa çalışan sevgililər günün birində bu saatların artıq pulla ölçüləcəyini görəsən bilirlərmi? Gənc oğlan və qızların valideynlərinə kələk gəlməyi bəlkə də işə yarayır, amma dövləti isə aldada bilməyəcəklər. Pulsuz verilən limit bitdimi, sonrasına görə artıq ödəniş etməli olacaqsınız.

Stasionar telefon abunəçilərinə hər ay neçə dəqiqə pulsuz veriləcək?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına müraciət hazırlayır. Müraciətə görə, Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik bu təklifdən ibarət layihəni Tarif Şurasına təqdim edəcək.
Qeyd edək ki, bu tətbiqetməyə görə stasionar telefonlardan istifadə haqqı dəqiqə hesabı danışığa əsasən hesablanacaq. Ay ərzində hər stasionar nömrə üçün 450 dəqiqə danışıq vaxtı ayrılacaq ki, bu da gün hesabı bölünəndə hər günə 15 dəqiqə düşür.
Nazirlikdən bildirirlər ki, bu məsələ ilə bağlı əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacaq.
Nazir Əli Abbasov bildirir ki, əhali bu məsələdə özü seçim edəcək. Yəni, yeni sistem, indiki sistem dəyişmədən də tətbiq oluna bilər.
Məsələn, istifadəçi abunə haqlarından imtina edə bilər. Bu şərtlə çox cüzi qiymətlə vaxta görə ödənişə keçmək olar. Bu, o deməkdir ki, bu gün hər abunəçi telefondan istifadəyə görə ayda iki manat ödəyir. Əgər ödənişli danışıq sisteminə keçərsə, bəlkə də abonentə xeyirli olar. Çünki elə abonentlər var ki, gün ərzində telefondan 1-2 dəqiqəlik istifadə edir. Demək, bu halda əhalinin çoxu ayda 1-1,5 manatdan çox xərcləməyəcək.

Stasionar telefonların pullu olması bizə nə qazandıracaq?
Məhşur bir tamaşamız var bizim, coxları baxıb ona: "Evləri köndələn yar". Əminəm ki, hansı səhnəni xatırladacağımı hamı anladı. Bəli, günlərlə küçədə avtomat telefondan asılaraq həmsöhbətinin bütün nəsil-nəcabətindəki adamların - Atoppa, Ağoppa, Ağabala, Ağababa və bu kimi qəribə adlı uzaq qohumlarının hamısının kefini-əhvalını soruşan qadını deyirəm. Sağ olsun, onu tələsdirən oğlanın məsləhətini nəzərə alır və ertəsi gün "B" hərfi ilə başlayan sülalənin sorğu-sualını aparır telefonla. Nəzərə alsaq ki, əlifba sırasıyla hər gün bir nəsil-nəcabəti, tayfanı təftiş eləyir, demək, bu yolla ayın bütün günlərini beləcə telefonda başa vurur.
Bu, bizim psixologiyamızda var, demirəm pis bir adətdir, amma yaxşı bir şey də deyil. Vaxt qızıldır, dəyərini bilmək gərəkdir. Telefonla bu qədər danışmaqla həm başqalarını, həm də öz zamanımızı boşuna itirmiş oluruq. Hələ üstəlik söhbətin bitməsini kimsə səbirsizliklə gözləyirsə...
Əgər stasionar telefonlar ödənişli olacaqsa, israfçılıq, boşboğazlıq və zaman xərci də azalacaq. Əvəzində kommunal xidmətlərin keyfiyyəti qaldırılacaq, ATS-lərin maddi-texniki bazası möhkəmlənəcək, rabitə işçilərinin maaşı yüksələcək. Xətlərdə adət etdiyimiz qarışıqlıq aradan qalxacaq. Ən azından hər dəfə yaxınlarımıza zəng vuranda eşitməyə adət etdiyimiz "bu istiqamətdə bütün kanallar məşğuldur, zəhmət olmasa sonra zəng edin" mesajı artıq olmayacaq.
- Salam, axşamınız xeyir. Mən Kişi istəyirəm!
- .... Başa düşmədim....
- Deyirəm ki, məni calaşdırın, Kişi istəyirəm, danışmalıyam!
- Xanım, mən də kişiyəm, buyurun, nə kömək edə bilərəm? Əlimdən nə gəlirsə, mən hazır!
- Axmaq, axmaq danışma! Kiş kəndinə zəng eləyirəm. Şəkiyə!

Bu məzəli əhvalatı xatırlatmaqda məqsədimiz telefon xətlərinin bir-birinə qarışması problemini də yada salmaqdır. Yəqin ki, çoxlarımız bu qarmaqarışıqlığa düşmüşük, sözsüz ki, hər gün hansımızsa ev telefonlarımıza gələn zənglərin bir neçəsinə "Xeyr, səhv düşmüsünüz" deyə cavab veririk. Bəs bir nömrəni yığıb, başqasına gedib düşmək niyə baş verir? Təbii ki, telefon xətlərinin həddən artıq yüklənməsi üzündən. Odur ki, yersiz, gərəksiz telefon danışıqları azalarsa, xətlərin rahat "nəfəs alacağı" halda, bir şəhərdən digərinə zəng edən birinin telefonuna tamamilə başqa şəhərdən cavab verməyəcəklər, Tovuza zəng edəndə Oğuza düşməyəcəksiniz. Bunlar dəfələrlə baş verdikdə yalnış zənglərdən bezən qarşı tərəfin, biri bir qəpik olan söyüşlərini dinləməli olmayacaqsınız.
Bundan başqa, regionlarda internetin sürəti yaxşılaşacaq. Səhərdən axşama, axşamdan səhərə kimi telefondan asılan bekar gənclər məşğuliyyət üçün başqa iş tapmalı olacaqlar.

Telefonun ödənişli olmasının zərəri nədir?
Yuxarıda rabitənin keyfiyyətinin yaxşılaşması üçün sözügedən qərarın müsbət tərəfini yazdıq. Amma gün ərzində 15 dəqiqəlik ödənişsiz danışıqla kifayətlənməyənlər də var. Onlar bu tarif sisteminə etiraz edə bilər. Diqqətlə incələdikdə bu etirazın haqlı tərəflərini də görmüş olarıq.
Məsələn, yeni sistem şəxsən mənim üçün əlverişlidir, çünki 3 yaşlı körpə uşağı nəzərə almasaq, ailədə 2 nəfərik və 15 dəqiqəlik bir limit bizə kifayət edir. Amma nəzərə alsaq ki, bizim cəmiyyətdə orta statistik ailənin 4-5 üzvü var, o zaman bu qərarın bir qədər müzakirə edilməsinə və pulsuz dəqiqələrin artırılmasına gərək duyulur.
Çünki ailə üzvlərinin hər biri gün ərzində 5 dəqiqə telefonla danışarsa, o zaman bundan artıq hər dəqiqə üçün pul ödəməli olacaq. Ailədəki uşağın biri məktəbli ola bilər, dərslə bağlı zəngə ehtiyac duyacaq, biri tələbə ola bilər, onun da zəng etməsi gərəkə bilər. Ana qohumlarla, valideynlərlə əlaqə saxlamaq istəyə bilər. Ata dost-tanışla, iş yoldaşı ilə danışacaq.
Hələ ailədə nənə və baba varsa, bu prosses bir qədər də uzanacaq. Bütün bu danışıqlar nə qədər ixtisar edilsə də, hamısı birlikdə hesablanarsa, bir saata qədər uzana bilər. Amma yeni tarif qəbul edilərsə, gün ərzində 15 dəqiqədən artıq telefonla danışan abonent hər dəqiqə üçün 0,5 qəpik ödəməli olacaq.

ADSL xidmətinin keyfiyyəti yüksələcək

Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəisi Beydulla Hüseynov deyir. Birlik rəisinin sözlərinə görə, bütün dünyada tətbiq olunan bu sistem özünü doğruldub. Rabitənin keyfiyyəti yaxşılaşıb, ADSL sistemə müsbət təsir edib. Çünki ADSL abunəçilərinin sayı artdıqca mövcud sistemdə nasazlıq yaranır və bu da öz növbəsində ADSL-in normal işləməməsinə səbəb olur.
BTRİB rəisi bildirir ki, əhalinin böyük hissəsi bu dəyişikliyi demək olar ki, hiss etməyəcək. Çünki birliyin apardığı analizlər göstərib ki, istifadəçilərin 50%-i ay ərzində 450 dəqiqədən az danışır. B.Hüseynov deyir ki, əhali bu sistemə zorla keçirilməyəcək. Çünki sözügedən layihədə bir neçə ödəniş variantının eyni vaxtda istifadəsi nəzərdə tutulur. Kim istəsə öncəki sistemdə qalacaq. Kimə sərf edirsə, o da yeni sistemə keçəcək.
Beləliklə, məlum olur ki, əslində rabitə sistemində yeniliklərə ehtiyac var, amma bu sahədə həyata keçirilən işlər son nəticədə vətəndaşlar, özəlliklə imkansız təbəqələr üçün əlavə xərcə səbəb olmamalıdır. Hər halda nəzərə almaq lazımdır ki, hətta stasionar rabitə ilə müqayisədə çox baha başa gələn mobil rabitə tarifləri də getdikcə ucuzlaşır.
Hətta, məsələn bizim aylıq abunə haqqı olmayan mobil operatorların birinin təklif etdiyi xidmətlə hər istiqamətə 5 qəpiklə danışmaq olur. Yəni, mobil telefonla başqa şəhərdəki bir sabit telefona zəngin dəqiqəsi 5 qəpiyə, ev telefonunda isə 7 qəpiyə başa gəlir. O üzdən stasionar rabitə tariflərində ucuzlaşma olması da gözləniləndir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7799   Tarix: 10 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888