Bu cümlələr qadınları uzaqlaşdırır

Bu cümlələr qadınları uzaqlaşdırırƏziz kişilər, bir qadınla münasibətinizin uzun müddət davam etməsini istəyirsinizsə, hər şeydən əvvəl həmin qadınla ünsiyyətinizə fikir verməlisiniz. Qadınlarla söhbət zamanı özünü həmcinsi ilə danışırmış kimi hiss etmək biz kişilərin ən böyük səhvidir. Bütün bunlardan əlavə həm də qadınların qəlbinə gedən yolu tapmaq üçün onların sevmədiyi sözlər, ifadələr barəsində də məlumatlı olmalıyıq. Bu dəfəki məqaləmizdə sizə elə bu barədə məlumat verməyə çalışacağıq. Beləliklə, qadınları əsəbiləşdirən ən məşhur cümlələr:

Mənimlə sevgili olarsan?
Bir qadınla münasibətiniz zamanı əsla belə bir cümlə qurmayın. Çünki qadınlar həmişə idarəni öz əlində saxlamağı bacaran kişilərə üstünlük veririlər. Onlar üçün ideal kişi tipi fikirləri yanlış olsa belə, öz dediyini qadına qəbul etdirməyi bacaran şəxslərdir. Buna görə də sizin qadına qarşı belə bir cümlə qurmağınız onda sizin özünüzə inamınız barədə mənfi rəylər formalaşdırır. Bu cülənin əvəzinə, "Bəlkə birlikdə nəsə edək?" və ya "Telefon nömrəni verə bilərsən?" tipli cümlələr daha özünə əmin səslənir.

Səni öpə bilərəm?
Bir qadından əsla onu öpmək barədə icazə istəməyin. Bu sual qadını kişinin gözündə uşaq kimi göstərir. Ümumiyyətlə, edəcəyiniz hərəkərlərlə bağlı qadından icazə almağınız onların gözündə heç də xoşagələn addım deyil.

Yersiz özünütərif
Kişi əsla evi, avtomobili və ya digər maddi varlıqlarından qadına təsir etmək üçün istifadə etməməlidir. Bu qadınların gözündə çox sadə və bəsit üsul hesab edilir və heç də sizin düşündüyünüz qədər təsirli vasitə deyil.

Axşam nə edək?
Biz kişilərin ən çox yol verdiyimiz səhvlərdən biri də budur. Çünki qadınlar nizamlı bir planı və proqramı olan kişiləri daha çox sevirlər. Buna görə də çalışın ki, ona belə sual ünvanlamaq əvəzinə, axşam üçün bütün planı hazırlayıb daha sonra onu dəvət edəsiniz.

Məndən xoşun gəlir?
Əgər bir qadından sizdən xoşu gəlib gəlmədiyini soruşursunuzsa, bu sualla siz onun gözündəki dəyərinizi itirirsiniz. Qadınlardan bu sualı soruşmağa heç bir ehtiyac yoxdur. Onsuzda o öz hərəkətləri və sözləri ilə sizin bu sualınızı cavablandıracaq.

Mesajıma niyə cavab vermədin?
Bir qadına əsla psixoloji təzyiq etməyə çalışmayın. Çünki qadın özünü günahkar kimi hiss etməyə başladığı an əsla rahat olmaz. Bu da münasibətinizin gələcəyinə mənfi yöndə təsir göstərər.

Bu vaxta qədər neçə sevgilin olub?
Qadının gözündə kişini hörmətdən salan cümlələrdən biri daha. Bu sualla siz özünüzə olan inamsızlığınızı bir daha hiss etdirmiş olursunuz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1910   Tarix: 10 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024