Sevgi faktları

Sevgi faktları1. Vaxtilə tər ətir və sevgi otlarının əsas inqrediyenti idi.

2. Meksikalı hökmdar Montesuma şokoladı «sevgi narkotiki» hesab edirdi. 60 xanımdan ibarət hərəmxanasına getməmişdən öncə o 50 stəkan şokolad içirmiş.

3. Bir çox insanlar nigaha girməmişdən öncə 6 dəfə aşiq olurlar.

4. Heçvaxt sevgi hissi yaşamadığını söyləyən insanlar əslində hipopituitarizm xəstəliyindən əziyyət çəkirlər. Olduqca nadir hesab olunan bu xəstəlik insanlara sevgi hisslərini yaşamağa imkan vermir.

5. Sevgi münasibətlərinin qırılması bəzi insanlarda «sevgi frustasiyası» yaradır, həmin insanlar onları atıb gedən insanları daha çox sevməyə başlayır.

6. «Sevgi» sözü «lubhyati» (sanskrit dilində) sözündən yaranıb, mənası «arzu» deməkdir.

7. Nişan üzüyünü adət üzrə sol əlin adsız barmağına taxırlar.Yunanların dediklərinə görə yalnız həmin barmaqdan «amoris» və ya «sevgi venası» bir başa ürəklə əlaqəlidir.

8. Toxum mayesi insanda sevgi hissini artırmaq funksiyasına malikdir. Araşdırmalar göstərir ki, spermanın tərkibində dofamin «sevgi hormonu» və noradrenalin, həmçinin tirozin və amin turşusu vardır hansı ki, dofamin ifraz etmək üçün beyinə lazımdırlar.

9. Sevgi simvolu Amur (yadakı Eros) Haosdan («görünən boşluq») törəmişdir özündə sevginin bütün gücünü və arzu istəklərini cəmləşdirir.

10. Avropa kişilərinin 70%-i incə bel xanımlara tez aşiq olurlar.

12. İnsan aşiq olan zaman kənar fikirlərə reaksiya verən neyron zəncirləri qalınlaşaraq bərkiməyə başlayır. Ona görə də aşiq olan insan onun sevdiyi insan haqqında deyilən fikirlərə heç bir reaksiya vermir.

13. Yenicə sevgililərindən ayrılmış tələbələrin psixologiyasını öyrənən həkimlər aşkar etmişdirlər ki, onların beyinlərinin bir nöqtəsində aktiv fəaliyyət gedir ki, bu da həmin insanlara fiziki ağrı verir.

14. Psixoloqlar təsdiq edirlər ki, biz adətən öz valideynlərimizin xasiyyətinə bənzər insanlara aşiq oluruq.

15. Araşdırmalar göstərir ki, əgər kişi ilə qadın ekstrimal vəziyyətdə tanış olarlarsa onların bir birlərini sevmək ehtimalı daha çox olar nəinki adi şəraitdə.

16. Sevmək cəhdi aclıq və seks kimi həyatın bioloji tələbatıdır.

17. Bir çox xalqların mədəniyyətlərində sevgi simvolunu düyün kimi göstərirlər. Hesab edirlər ki sevginin də, düyün kimi nə başlığı var nədə sonu..

18. Hesab edilir ki, 4 yarpaqlı yonca uğur gətirər. O həmçinin irland sevgi inancının bir hissəsidir: əgər bir qadın bir kişini nəzərində tutaraq 4 yarpaqlı yonca yeyərsə həmin kişi o xanıma aşiq olar.

19. Ərlə arvad arasında adi qayğı göstərmək münasibətləri olarsa həmin nigah uzunmüddətli olar, əgər ərlə arvad arasında qızğın, ehtiraslı münasibət çox olarsa həmin nigahın dağılma ehtimalı çox olar.

20. Aşiq olmaq 1 il çəkər çünki beyin yalnız bir il müddətinə bioloji olaraq romantik xoşbəxtlik vəziyyətində qala bilər.

21. Qadınlar sevdiyi insanla üzbəüz danışarkən özlərini sevimli hiss edirlər, kişilər isə işləyən, oyun oynayan və yanaşı oturarkən öz sevdiklərinə qarşı emosional yaxınlıq hiss edirlər.

22. Qısamüddətli sevgi macərası üçün tərəfmüqabili seçimində kişilər qadınlardan daha səbrli olurlar, amma ailə həyatı qurmağa hazırlaşarkən qadınlardan daha deyingən olurlar.

23. Dünya üzrə statistikaya görə ailələr adətən nigahlarının 4 ili tamam olandan sonra ayrılır. Dörd il ərzində boşanma məsələsi olmursa demək daha 4 il keçəndən sonra ayrılmaq haqqında fikirləşmək ehtimalı daha çox olur.

24. Dünya üzrə araşdırmaya əsasən kişilər ən çox özlərindən 3 yaş kiçik xanımlarla ailə həyatı qururlar.

Xəbər sırf BiG.Az saytına məxsusdur!!


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 13338   Tarix: 16 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar