Serj Sarkisyan etiraf etdi - VİDEO

Serj Sarkisyan etiraf etdi - VİDEOİndiyədək Azərbaycanın üstünlüklərini qəbul etməyən Ermənistan prezidenti Serj Sarkisyan artıq bu üstünlüklərdən narahatlığını etiraf etməyə başlayıb.

Hakim Respublikaçılar Partiyası şurasının iclasında Ermənistan prezidenti Azərbaycanın ölkəsindən üstün olduğunu ilk dəfə etiraf edib. Sarkisyan bu üstünlüyün qarşısını almaq üçün partiyasını Azərbaycana qarşı mübarizəyə çağırıb.

Ermənistan prezidentinin bu etirafları isə onun psixi durumu ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun rəyini yenidən gündəmə gətirir.

Ermənistan prezidenti Serj Sarkisyan Uelsdə keçirilən NATO sammitindən İrəvana qayıdan kimi partiyasının rəhbərliyini toplayaraq, ölkə konstitusiyasında ediləcək islahatlardan danışıb.

"Arm Nyuz" telekanalının Serj Sarkisyana istinadən verdiyi məlumata görə, konstitusiyada ediləcək dəyişikliyin konsepsiyası oktyabrın 15-ə kimi hazır olacaq. Keçirilən görüşün digər maraqlı tərəfi isə, Sarkisyanın Azərbaycanla bağlı etirafları idi.

Azərbaycanın təbliğat məsələsində Ermənistandan üstün olduğunu etiraf edən Sarkisyan, partiyasının üzvlərini "beynəlxalq əlaqələrini gücləndirməyə və bu əlaqələrdən Azərbaycanla mübarizədə istifadə etməyə" çağırıb.

Ermənistan prezidenti Serj Sakisyan qeyd edib ki, bizim düşmənlərimizin imkanları artır, onların işi fəallaşır, bu situasiyada bizim passivlik göstərmək haqqımız yoxdur.

Sarkisyan etdiyi çıxışda şahmat sahəsində və digər idman sahələrində Azərbaycanın nailiyyətlərindən danışaraq, bundan narahatlığını açıq-aydın bildirib və əks hücuma keçmək lazım olduğunu da gizlətməyib.

Sarkisyanın bu çıxışları, onun əsəblərinin yerində olmadığı haqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədovun qoyduğu diaqnozu təsdiqləmiş olur.

Novruz Məmmədovun sözlərinə görə, bu günə qədər erməni xalqı onun rəhbərlərinin səhvləri ucundan əziyyət, eyni zamanda da cəza çəkir.

Ekspertlər də düşünür ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu çıxışları onun, Azərbaycanın həm iqtisadi, həm də hərbi sahədə üstünlüyünü qəbul etdiyini sübut edir. O, bu üstünlüklərlə NATO-nun sonuncu sammitində bir daha rastlaşdı.

Sammitdə Ermənistan prezidenti alyans üzvlərini Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə müdafiə etməkdən çəkinməyə çağırmışdı. Lakin NATO sammitinin yekun qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti dəfə dəstək ifadə olundu.

ans


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2003   Tarix: 09 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 265
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 285
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 178
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 338
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1114
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417