Ən fəzilətli qadınlar kimlərdir?

Ən fəzilətli qadınlar kimlərdir?Mənbə: http://zikr.az

     İbn Abbas demişdir: "Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: "Bunun nə olduğunu bilirsiniz?" Dedilər: "Allah və Onun Elçisi daha yaxşı bilir" Peyğəm­bər buyur­du: "Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır".
İmranın qızı Məryəm və Xuveylidin qızı Xədicə qadınların ən fəzilətliləri hesab olunur. Peyğəmbər demişdir: "Vaxtı ilə dünyada olmuş qadınların ən xeyirlisi İmranın qızı Mər­yəm­­dir. Bu ümmətin qadınlarının ən xeyirlisi isə Xədicədir." (əl-Buxari, 3432).

İmranın qızı Məryəm

Uca Allah onun fəziləti haqqında belə buyurur: "Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!" Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin" (Məryəm, 42-44).

Xuveylidin qızı Xədicə

Peyğəmbərin həyat yoldaşları mübarək qadınlardır. Xədicə bint Xuveylid onların birincisi olmuşdur. O, Məkkə qadınları arasında «Tahirə» (pak qadın) adı ilə çağrılırdı. Peyğəmbər onunla evləndiyi vaxt o, Peyğəmbərə ən yaxşı yoldaş oldu. Rəsulallaha ilk vəhy nazil olduqda onun qəlbi gördüyü mənzərənin qorxusundan titrəyirdi. Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, evinə daxil olub: "Üs­tümü örtün, üs­tü­mü ör­tün!"– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: "Mən başıma bir iş gə­lə­cəyindən qorxdum." Xədicə dedi: "Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda in­san­­la­ra yardım edirsən."
O, Peyğəmbərə iman gətirənlərin birincisi olmuş və ona həm mənəvi, həm də maddi dəstək vermişdir. Peyğəmbər onun xatirəsini həmişə əziz tutmuş və belə demişdir: "İnsanlar məni inkar edəndə, o mənə iman gətirdi,  hamı məni təkzib edəndə, o, malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, ancaq digər arvadlarımdan uşağım olmadı".
Peyğəmbərin İbra­himdən başqa digər övladları - Qasim, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah – Xədicədən dünyaya gəlmişlər. 
Əbu Hureyra demişdir: "Bir dəfə Cəbrail Peyğəm­bərin yanına gəlib dedi: "Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şi­rə­si ilə gəlir. Sənin yanına gəlib ça­tan­da ona Rəbbin­dən və məndən salam söylə və Cənnətdə onun üçün oyuq mir­varidən hazırlanmış, içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!" (əl-Buxari, 3820).
O, Peyğəmbərin hicrətindən 3 il əvvəl ramazan ayında altmış beş yaşında vəfat etmişdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3961   Tarix: 02 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390