Qənirə Paşayevadan maraqlı hekayə

Qənirə Paşayevadan maraqlı hekayəMillət vəkili Qənirə Paşayeva sosial şəbəkədə maraqlı bir hekayə paylaşıb.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, mövzusu özünəgüvən olan hekayədə Q.Paşayeva bu hissin insanın uğurlar qazanmasında oynadığı rolundan bəhs edib:

"Bir insanda özünəinam hissini oyada bilməklə onun bütün həyatını dəyişə bilərsiniz! Onda özünəgüvəni öldürməklə isə bütün həyatını həyat olmaqdan çıxararsınız! Buna hər zaman diqqət etməliyik. Çünki hər bir insanın uğur qazanmasında özgüvən hissi ən önəmli məsələdir".

Millət vəkilinin paylaşdığı həmin hekayəni təqdim edirik:

"Fransız mənşəli Lilian kanadalı gənc bir qadın idi. 16 yaşında ikən atası onun kifayət qədər təhsil almış olduğu qərarına gəldi, ailə gəlirinə öz töhfəsini verməsi üçün onu məktəbdən çıxarıb, işləməsini istədi. Lakin məhdud bilgisi və bacarıqları Lilianın özünə güvənini azaldırdı, o, nə iş görəcəyini bilmirdi.

Lilian iş tapmaq ümidləri zəif olduğu halda, hər gün avtobusa minib böyük şəhərlərə gedir, amma bir "köməkçi axtarılır" elanına belə cavab vermək cəsarətini özündə tapa bilmirdi. Hər gün şəhərə yollanır, boş-boş dolaşır və gün batanda evə dönürdü...

Günlər keçərkən Lilian şəhərə gedib-gəlməyə, atası iş tapıb-tapmadığını soruşmağa davam edirdi. Suallar gedərək daha israrlı olurdu və Lilian yaxın zamanda bir qapını döy-mək məcburiyyətində qalacağını bilirdi. Günlərin birində Lilian Detroytun mərkəzindəki "Carhatt Overall" şirkətində bir elan gördü.

"İşçi axtarılır. Katibəlik üçün içəri müraciət edin" yazılırdı. Lilian bir neçə mərtəbə qalxdı. Önünə çıxan ilk qapını təmkinli şəkildə döydü. Qpını büronun idarəçisi Marqaret Kostello açdı. Lilian zəif ingilis dilində katibəlik işi üçün gəldiyini dedi və 19 yaşında olduğu yalanını söylədi. Marqaret buna inamasa da, bu qıza bir şans vermək istədi. Lilianı şirkətin çalışma bürosuna götürdü. Sıra-sıra insanların yazı makinalarının önündə oturduqları büroya girən Lilian sanki yüz cüt göz ona dikilibmiş kimi gərgin oldu...

Başını önə əyib gözlərini yerdən qaldırmadan Marqareti izləyərək otağın arxa tərəfinə doğru irəlilədi. Marqaret onu bir makinanın qarşısında oturdub, "Yaxşı, Lilian, nə qədər bacarıqlı olduğuna bir baxaq" dedi. Liliana bir məktub yazması təlimatını verib otaqdan çıxdı. O, saata baxdı və 11:40 olduğunu gördü. Günorta hər kəs yeməyə gedəndə qələbəliyə qarışıb qaça biləcəyini düşündü...

Amma heç olmasa, məktubu yazmağa səy göstərməyin lazımlılığını dərk edirdi. İlk cəhdində bir sətir yazdı. Yazdığı beş sözdə dörd xəta vardı. Kağızı çıxarıb atdı. İndi saat 11:45-di. Öz-özünə "günorta qələbəliyə qarışıb bayıra çıxacağam və heç kim məni bir daha görməyəcək" – dedi. İkinci cəhdində bütöv bir paraqrafı yazmağı bacardı... Amma yenə çox səhv buraxmışdı.

Kağızı çıxarıb atdı və yenidən başladı. Bu dəfə məktubu tamamladı, amma yazdıqlarında hələ də bir sıra yanlışlıqlar vardı. Saata baxdı: 11:55... Azadlığa qovuşmasına beş dəqiqə qalmışdı. Bu vaxt Marqaret içəri girdi və bir əlini masaya, digərini qızın çiyninə qoydu. Məktubu oxudu və bir az dayandı.

Sonra "yaxşı iş görürsən, Lilian" dedi. Lilian çaşqınlıq içindəydi. Öncə məktuba, sonra Marqaretə baxdı. Ürəkləndirici sözləri eşidəndə qaçma istəyi yox olmuş və özünə güvəni artmağa başlamışdı. Öz-özünə "O yaxşı olduğunu düşünürsə, belə olmalıdır. Hesab edirəm ki, qalacağam" dedi. Lilian "Carhatt"da qaldı.

Həm də 51 il boyunca... Lilian, orada iki dünya müharibəsi, bir böhran, on bir dövlət başçısı və altı nazir gördü. Bütün bunların səbəbi bir insanın - özünə əmin olmayan utancaq bir gənc qızın qapını döyəndə ona özünə güvən ərmağınını verəcək qədər xoşniyyətli olması idi.

P.S. Məqsədə doğru səfərinizdə unutmayın ki, haradasa bir qapı sizi gözləyir... Döyüncə yeni imkanlar görəcəksiniz. Demək, özünüzə güvənin. İlk çətinlikdən qorxub qaçmaq hissinizi boğun... Gerisi yaxşı olacaq!..".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2187   Tarix: 02 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423