14 Fevral ''Sevgililər Günü''

14 Fevral ''Sevgililər Günü''

Sevgiyə dair nə çox söz söyləndi minlərcə il...Nə çox şey yaşadı aşiq kəslər...Maraqlı olan budur ki,hər kəs öz SEVGİsini yaşadı və hər kəs sevgi deyə öz qəlbini izah etdi...Bu gün mən də bunu edəcəm,öz ürəyimə güzgü tutacam...
Əsl sevgini yaşadınmı?-deyə sual vermə mənə.Bəlkə də bu sualı yalnız həyata göz yumduğum gün cavablandıracam.Bu gün sadəcə önümə aglımı,ürəyimi,ruhumu qoyub öz sevgimin xəyalını quracam...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-Mən əvəzinə ilk əvvəl SƏN deyə bilməkdir...Özündən əvvəl onun xoşbətliyini düşünmək,Onun yanında rahatlıq tapmaq,Güvən duymaqdır..Hər nə olur-olsun səni sevəcəyini bilərək ÖZÜN olmaqdır...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-Sevdiyinin ürəyinin gözəlliyinə və sevdasına inanaraq onun xoşbəxtliyi üçün səylə əmək sərf etməkdir....Sevdiyinin gözlərində rahatlıq tapıb onun ruhuna qərq olmaqdır...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-Sevdiyinə hörmət etmək,varlığı ilə qürür duymaqdır....Təbəssümün kimi göz yaşlarını,söhbətlərin kimi susqunluğunu da eyni həvəslə onunla paylaşmaqdır...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-Həyat qapılarının hamısını açmağa qadir olan tək açardır...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-MƏN və SƏN anlayışına son qoymaqdır...

14 Fevral ''Sevgililər Günü''SEVGİ-İnsan övladının çətinliklə tapıb asanlıqla itirdiyi bir məvhumdur...

14 Fevral ''Sevgililər Günü''


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 24028   Tarix: 14 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar