Uzanmış burun sindromu

Uzanmış burun sindromuAleksey Tolstoyun «Qızıl açar, yaxud Buratinonun sərgüzəştləri» nağılını və bu nağılın süjeti əsasında çəkilmiş eyni adlı filmi yəqin ki, çoxları xatırlayır. Uşaqlıqda bu nağılı çox sevirdim, filmi də həmçinin...

Evimizdəki çoxsaylı kitabların arasında bu nağılın diqqətimi xüsusi olaraq cəlb etməsinin isə, şübhəsiz ki, özəl səbəbi var idi...

Deməli belə...

Qonşularımdan bir oğlan, ondan 2 yaş kiçik olan bacısından qənaət etdiyi pulları almaq üçün hiyləyə əl atmışdı. Və qızcığazı inandırmışdı ki, əgər o pullarını torpağa basdırsa bir neçə gündən sonra həmin yerdən «pul ağacı» cücərəcək. Qızcığaz isə ildırım sürəti ilə böyüyən bu «ağac»ın «meyvə»lərini dərərək bütün arzularını həyata keçirəcəkdi...

Qızcığaz qardaşının təlimatına uyğun olaraq, bir saat sonra pulların basdırıldığı yeri suladı, təbii gübrə səpdi və ...bir neçə gün sonra aldanıldığını başa düşdü.

«Qızıl açar, yaxud Buratinonun sərgüzəştləri»ni oxuyanda başa düşdüm ki, qonşum bu hiyləni nağılın personajlarından — Bazilio və Alisadan «oğurlayıb». Təbii ki, konkret situasiyaya uyğun müəyyən əlavələr də edib ki, hiyləsi daha inandırıcı olsun...

...Son qiymət artımı ilə bağlı xəbəri eşidəndə nədənsə Bazilio və Alisanın hiyləsini, eləcə də bu hiyləni nağıldan gerçəkliyə çevirməyi bacaran qonşumu xatırladım. Hələ uşaqlıq illərimdə, hələ nağıllara inandığım zamanlarda qonşu qızının və Buratinonun sadəlöhvlüyü məni heyrətə gətirmişdi...

Qiymət artımını tərifləyənlərin arqumantlərini oxuyanda da eyni dərəcədə heyrətləndim.

Aleksey Tolstoyun Karlo Kollodinin «Pinokkio» nağılından "çırpışdırdığı" sujet xəttinin qəhrəmanı Buratino (Pinokkio) yalan danışanda burnu uzanırdı… Bir anlığa eyni olayın Azərbaycanda gerçəkdən baş verə biləcəyini təsəvvür etməyə çalışdım… Əgər belə olsaydı, yəqin ki, dünyanın bütün estetik cərrahlarını şərti olaraq USD (Uzanmış Burun Sindromu) adlandırdığım bu yeni xəstəliyin fəsadlarını aradan qaldırmaq üçün ölkəmizə dəvət etmək məcburiyyətində qalacaqdıq.

Amma nə edək ki, Siseron demiş, «kağız qızarmır», burun da uzanmır...

Biz Buratinoyuq? «Dünya» adlanan marionet teatrının nə zamansa insan ola biləcəyini ağlına belə gətirə bilməyən çarəsiz taxta «aktyor»larıyıq? Biz kimik? Bilmirəm...

...Gedək əlimizdə qalan 3-5 qəpiyi də topağa basdıraq, üzərinə gübrə səpək, yaxud ..., su çiləyək… dərdlərimizə, hiylələri görməzdən gələk...

Pulumuzu 1-2 faizlə xarici banklarda saxlamaqla torpağa basdırıb nə zamansa yerindən «pul ağacı»nın cücərəcəyini gözləməyimiz arasında nə fərq var ki?

P.S. Kim deyir fəsli-bahar xoşdu bizə
Qış günü cuşa gəlib yaz satarıq.
Qapqara neftimizi ingilisə,
Millətə işvə ilə naz satarıq.

Min cürə ad taparıq bəd əmələ,
Sıyırıb xəncəri vurruq təmələ,
Fatma, ya Məmmədəli keçsə ələ
Yolarıq tüklərini, daz satarıq.

Kimə nə on alarıq, beş verərik,
Kimi işdən çıxarıb, iş verərik...
Varlıya hər şeyi peşkəş verərik,
Kasıba zurna, qaval, saz satarıq.

Demə rüşvət, bu nə söz… «Süftə» — halal,
Gecə-gündüz olarıq kefdə — halal!
Gürcüyə qaz veririk müftə — halal,
Millətin «turba»sına «paz» satarıq.

Müəllif: Elçin Mirzəbəyli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2340   Tarix: 28 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724