Venesiyaya səyahət - FOTO

Avqustun 27-dən sentyabrın 6-dək İtaliyanın Venesiya şəhərində 71-ci Venesiya Beynəlxalq kino festivalı keçiriləcək. Festival müddətində qonaqların bir-birindən maraqlı filmləri izləmək və dəyərləndirmək, eləcə də dünyanın ən ecazkar şəhərlərindən birini yaxından tanımaq imkanı olacaq. Bəs Venesiyada olarkən hansı məkanları mütləq görmək lazımdır?

Venesiya İtaliyanın şimalında bir-birilə 150 kanal vasitəsilə birləşən 118 adada yerləşir. "Adriatik dənizinin şahzadəsi" kimi tanınan şəhərin əsası V əsrin ortalarında qoyulub. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyi üçün ticarət mərkəzi rolunu da oynayıb. Şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Venesiyada ümumilikdə 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub.

Venesiyaya səyahət - FOTOVenesiyaya səyahət - FOTOVenesiyada dünyaca məşhur karnaval fevral ayında keçirilir və 10 gün davam edir. Karnaval haqqında ilk məlumat XI əsrə aiddir. Rəvayətə görə, bu tarix gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə təsadüf edir. XVIII əsr karnavalların çiçəklənmə dövrü hesab edilir. 200 il unudulsa da bu bayram 1980-cı ildə dirçəliş dövrünü yaşayıb. Hər il Venesiyaya səfər edən 7 milyon turistdən 500 mini məhz karnavala qoşulmaq üçün gəlir.
Venesiyaya səyahət - FOTOVenesiyaya səyahət - FOTOVenesiyada alış-veriş olduqca bahalıdır. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir. Zuppa di pesce - balıq şorbası, grigliata mista - qril aparatında bişirilən müxtəlif növ balıqlar, granseola - yağda qızardılmış limonlu dəniz hörümçəyi, sarde in saor - soğanlı sousda siyənək Venesiya mətbəxinin ən dadlı yeməkləridir. Venesiya həm də tərəvəz yetişdirilməsi ilə tanınır. Burada qabaqdan bişirilən xörəklərə önəm verilir.

Venesiyaya səyahət - FOTOVenesiyaya səyahət - FOTOVenesiyada nəqliyyat vasitəsi kimi kiçik gəmi və qondallardan (Venesiya qayığı) istifadə olunur. San Marko meydanındakı göyərçinlərə isə yalnız burada satılan yemdən verə bilərsiniz. Şəhərdəki mağazaların çoxu şəxsi olduğundan içəriyə daxil olarkən açılma və bağlanma vaxtlarını mütləq öyrənin. Bir çox kafe və restoranlar isə saat 15:00-dan 18:00-a kimi işləmir. Mağazalar isə saat 9:00-dan 19:00-a kimi fəaliyyət göstərir. Venesiyanın əsas ticarət mərkəzləri San Markoda yerləşir.

Venesiyaya səyahət - FOTOVenesiyaya səyahət - FOTOSalvador Dali Venesiyada

Ekskursiyalar:
San Marko meydanı - şəhərlə tanışlığı başlamaq üçün ən yaxşı məkandır. Burda şəhərin əhəmiyyətli görməli yerləri - San-Marko kilsəsi (IX-X əsrlər), Doj sarayı (XIV-XV əsrlər) və ayrıca dayanan kampanila (zəng qülləsi) yerləşir. Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada turistlər fincanı 10 avro olan kofeyə qonaq ola bilərlər. Məhz burada vaxtilə Hemunquey və Bayron kofe içiblər.

Venesiyaya səyahət - FOTOVenesiyaya səyahət - FOTOErnest və Meri Heminqueylər

San-Marko kilsəsi - möhtəşəm bazilikaya 1000 ilə yaxın müddətdə Müqqəddəs Markonun nəşinin qalıqları saxlanılan kilsə və Veneseiya dojlarının kapellası daxildir. Bu kilsə həm də mənəvi mərkəz olub, hakimiyyətin və Venesiya dövlətinin bütövlüyünün əsas rəmzidir.

Venesiyaya səyahət - FOTODoj sarayı Venesiyanın ən məşhur görməli yerlərindən biridir. Saray öz adını dojun - Venesiya dövlətinin rəhbərinin iqamətgahından götürüb.

Venesiyaya səyahət - FOTOVenesiyanın böyük kanalı - hər biri sənət əsəri olan saraylar və evlərlə əhatə olunmuş enli şəhər kanalı Venesiyanın əsas nəqliyyat arteriyasıdır.

Venesiyaya səyahət - FOTOKampanila - Venesiyanın ən hündür binasıdır. Kampanila zəng qülləsindən baxdıqda Avropanın ən gözəl mənzərələrindən biri göz oxşayır.

Venesiyaya səyahət - FOTORialto körpüsü - Venesiyanın əbədi rəmzlərindən biridir. Hündürlüyü 48 m. olan eleqant şəkildə əyilmiş mərmər qövs böyük kanalın sahillərini birləşdirən yeganə həlqədir.

Venesiyaya səyahət - FOTOSanta Mariya - intibah üslubunda qüllələrlə bəzədilmiş kilsə şəhərin görməli yerlərindən biridir.

Venesiyaya səyahət - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4631   Tarix: 28 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121