Metroda qiymətlər artmayacaq

Metroda qiymətlər artmayacaq"Bakı metrosunda hazırda istifadədə olan qatarlara kondisioner quraşdırmaq mümkün deyil. Kondisionerli vaqonlar hələlik yalnız yeni stansiyalarda olacaq".

Bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Metropoliten rəsmisi bildirib ki, köhnə xətlərdə istismar olunan vaqonlarda kondisionerin işləməsi bir qədər problemlidir: "Yay mövsümü olduğundan kondisioner məsələsi sərnişinlərin əsas problemidir. Lakin mövcud xətlərdəki texniki parametrlər vaqonlarda kondisioner quraşdırmağa imkan vermir. O ki, qaldı havalandırma sisteminə, bu sistem tam işlək vəziyyətdədir. Metroda temperatur bayırdan sərindir. Amma o da danılmaz faktdır ki, sərnişin sıxlığı olduğu zaman vaqonlarda istilik xeyli artır. Bir daha qeyd edim ki, ventilyasiya sistemi var və platformalar sərin olur, amma vaqonlarda kondisioner olmadığı üçün sərnişinlər istidən əziyyət çəkirlər".

Nəsimi Paşayev deyib ki, gələn il daha iki stansiya sərnişinlərin ixtiyarına veriləcək: "2015-ci ildə "Avtovağzal" və "Memar Əcəmi - 2" stansiyası istifadəyə veriləcək. "Avtovağzal" stansiyasını tək istifadəyə vermək mümkün deyil. "Memar Əcəmi - 2" stansiyasında işlər başa çatmalıdır ki, ilkin mərhələdə bu iki stansiyalar arasında yeni vaqonlar istifadəyə verilsin. Yeni stansiyalarımızda köhnə stansiyalarda olan bir sıra problemlər olmayacaq. Məsələn, yeni stansiyalarda əlillər üçün hər bir şərait yaradılacaq. Onlar üçün xüsusi liftlər olacaq ki, rahatlıqla metrodan istifadə etsinlər. Amma təəssüf ki, bəzi stansiyalarda əlillər üçün şərait yaratmaq mümkün deyil. Elə stansiyalar var ki, dərində yerləşir və ora ancaq eskalatorlara çıxıb düşə bilirik. Tunel əvvəldən elə qurulub ki, biz orada əlillər üçün liftlər və ya hər hansı qurğu quraşdıra bilmirik".

Gediş haqlarının artırılacağı ilə bağlı söhbətlərə toxunan Metropoliten rəsmisi bildirib ki, hələlik bu barədə söhbət gedə bilməz: " Gediş haqqının qaldırılması bağlı metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına hər hansı müraciət nəzərdə tutulmur. Amma faktiki olaraq, sərnişindaşıma xərcləri hazırkı qiymətdən iki dəfə artıqdır".

Nəsimi Paşayev Bakı Metropoliteninin qış rejiminə keçidə hazırlıq prosesində olduğunu deyib: "Qış rejiminə keçid sentyabrın 10-12-də nəzərdə tutulur. Bu o deməkdir ki, Bakı metrosunda qatarların sayını artırılacaq, intervallar isə qısalacaq. Hazırda 24 cüt qatarla işləyən metropoliten qış rejiminə keçdikdə 30 cüt qatarla fəaliyyətini davam etdirəcək. Bakı metropoliteninin strukturu elədir ki, intervalı istədiyimiz qədər azalda bilmirik. Çünki xətlər "28 may" stansiyasında kəsişir. 1,5 dəqiqədən aşağı interval vermək olmur. Hazırda yeni plan üzərində işlənilir. Bu plana əsasən "28 may" stansiyasında daha bir tunel tikiləcək və xətlər ayrılacaq. Yalnız bu halda intervalı xeyli azaltmaq mümkün olacaq. Onu da deyim ki, "Elmlər Akademiyası" stansiyasında təmirdə olan eskalator da artıq hazırdır. Eskalator sınaq yürüşündədir və yaxın günlərdə istifadəyə veriləcək".

apa


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1004   Tarix: 28 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930