Ölümdən sonra dirilmə necə olacaq?

Ölümdən sonra dirilmə necə olacaq?Mənbə: http://zikr.az

      Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: "O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: "Çürümüş sümükləri kim dirildə bilər?" De: "Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir" (Ya sin, 78-79).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə belə bir vəsiyyət etdi: "Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun." Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Qiyamət günü Allah onu əvvəlki görkəminə qaytardı və ondan: "Nə üçün belə etdin?"– deyə soruşdu. O: "Səndən qorxduğum üçün!"– deyə cavab verdi. Allah da onu bağışladı."
      Bu kimi hədislər sübut edir ki, Uca Allah bədənləri yenidən xəlq edərək dirildəcək və ruhları onlara qaytaracaqdır. Bu Onun üçün çox asandır və O, hər şeyə qadirdir. Həmçinin, Peyğəmbərin hədislərində dirilmənin necə olacağı da göstərilir və bildirilir ki, Uca Allah yerə su endirəcək və ot bitdiyi kimi insanlar da qəbirlərindən çıxacaqlar.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: "Surun birinci üfü­rül­məsindən ikinci üfürülməsinədək qırx keçəcək." Bəziləri (Əbu Hureyra­dan): "Qırx gün?"– deyə soruşdular. O cavab vermədi. "Qırx il?"– deyə so­ruşdular. Ye­nə cavab vermədi. "Qırx ay?"– deyə soruşdular. Yenə cavab ver­­mədi. Sonra o dedi: "İnsan öldükdən sonra onun bütün cəsədi çürüyür. Yalnız büzdüm sümüyündən başqa. Qiya­mət günü yaradılış məhz ondan başlayacaqdır" (əl-Buxari, 4814). Büzdüm sümüyü onurğanın qurtaracağını təşkil edən sümükdür.
      Bu hədis dirilmənin necə olacağını göstərir. İnsanları öldürən birinci surla ikinci dirilmə suru arasında qırx vardır. Bəzi rəvayətlərdə zamanın qırx il olduğu bildirilir. Sonra Allah göydən yağmur endirərək insanları dirildəcək. İnsanlar da yerdən ot bitdiyi kimi çıxacaqlar. İnsan öləndə onun büzdüm sümüyündən başqa bütün sümükləri çürüyür. Lakin bu, peyğəmbərlərə aid deyildir. Belə ki, onların bədənləri çürümür. Bununla da ölümdən sonra dirilmənin vaxtı və keyfiyyəti bizə bəlli olur. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 7333   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175