''Aypara oteli'' layihəsi

''Aypara oteli'' layihəsiBakıda "Bədirlənmiş Ay Körfəzi" və "Aypara Sarayı" adlı iki göydələn inşa ediləcək. Cənubi Koreyanın "Heerim Architecs" şirkəti dünyada ilk dəfə olaraq çoxmərtəbəli bina tikintisi konsepsiyasını və belə tikililərin memarlıq üslubunu dəyişərək paytaxtımızda analoqu olmayan kompleks inşa etmək niyyəitindədir.
Şəhərin Şərqə mənsub olduğunu vurğulamaq üçün "Bədirlənmiş Ay Körfəzi" (Full Moone Bay) və "Aypara" sarayının da yer alacağı "Kaspi Plyus" (Caspian Plus) kompleksləri Bakı buxtasının qərb və şərq künclərində inşa ediləcək.
Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Dubaydan sonra Bakı, dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq.
"Ay" binaları Bakı buxtasına girişdə yaradılacaq və qonşu olacaq iki adada tikiləcək.
"Bədirlənmiş Ay Körfəzi" faktiki olaraq yumru disk və yuxarı künclərindən birində dəlikli binadır. Ecazkar memarlıq həlli sayəsində binanın görünüşü ona hansı tərəfdən baxıldığından asılı olaraq dəyişəcək. Məsələn, şimaldan baxılanda bina parlaq şüşə göydələn, şərqdən yastı və yuxarı küncü dəlik dairə, qərbdən - üçkünclü hündür bina, cənubdan isə bədirlənmiş aya oxşayacaq.
Bu binanın ön tərəfi Corc Lukasın "Ulduz Savaşları" filmindəki "Ölüm Ulduzu"nu təkrarlayır, yan tərəfdən isə banana bənzəyir.
Binanın dəyişən görkəmi müxtəlif kompotentlərdən istifadə sayəsində mütəhərrik memarlıq üslublu, indiyədək dünyada yalnız Birləşmiş Ərəb Əmirlikləri və Malayziyada inşa edilmiş tikililərdə olduğu forma kəsb edəcək.
Ön tərəfdən bina diaqonal qəfəsvari struktura malik olacaq, arxadan isə altıgüşəli şanalarla örtüləcək.
Kompleksdəki əsas bina olacaq "Bədirlənmiş Ay Körfəzi" 382 nömrəlik, 104182 kvadrat metr ümumi sahəyə malik 35 mərtəbəli lüks hoteldir. Burada bəzi nömrələr "kral" tipli olduğundan, çox böyükdür.
Binanın ümumi hündürlüyü isə 158,68 metr təşkil edəcək.
Hotel binanın sərhədləri ətrafında ilan kimi qıvrılan podium tipli tikili vasitəsilə "Küləklər Sarayı-1" və "Küləklər Sarayı-2" adlanacan iki yaşayış binası ilə bağlanacaq.
"Bədirlənmiş Ay Körfəz"inin "əkiz qardaşı" isə aypara formasında olacaq "Kaspi Plyus" kompleksindəki "Aypara Sarayı" ("Crescent Place) olacaq.
Bina daxildən təbii ki, aypara formasında olmayaraq, tikilinin nəhəng ölçüləri nəzərə alınmaq şərtilə ənənəvi formalı qübbə və sütunlara söykənəcək.
32 mərtəbəli bu bina da 221 nömrəlik lüks hoteldir. Bundan başqa, "Aypara Sarayı"nda 128 modern mənzil də yerləşəcək. Mənzillər və nömrələrin ümumi sahəsi 128140 kvadrat metr təşkil edəcək.
Hotelin arxasında isə 4 hündürmərtəbə bina olacaq ki, onların üçü yaşayış göydələnləridir. Ən yüksək, 43 mərtəbəli və hündürlüyü 203 metrə bərabər bina isə yalnız ofislər üçün nəzərdə tutulub.
"Heerim Architects"dən verilən məlumata görə, bu iki böyük layihə Bakının simasını dəyişəcək, Azərbaycan paytaxtını dünyanın ən urbanistik, qeyri-adi və ecazkar binalarının məkanına çevirəcək.
Tikinti işlərinin nə zaman başlanacağı barədə isə şirkətdən heç bir konkret məlumat verilmədi.
Bakı Şəhər İcra Hakimiyyətindən isə "Ekspress" əməkdaşına bildirildi ki, Cənubi Koreya şirkətinin layihələri müzakirə olunur: "Onların qəbul edilmə ehtimalı böyükdür. Tikinti işlərinin başlayacağı tarixə gəldikdə isə, bu barədə indi dəqiq heç nə deyə bilmərik. Layihəyə bütün aspektlərdən baxılandan sonra qərar veriləcək. Düşünmürük ki, prosesdə ləngimələr olsun".
Fəqət, Cənubi Koreya şirkətinin layihələri birmənalı qarşılanmır.
Azərbaycan Müstəqil Ekologiya Forumunun eksperti Sulduz Vəliyevin dediyinə görə, Bakı buxtasında iki süni adanın yaradılması və üstəlik də orada binalar komplekslərinin inşası ətrafı mühitə ciddi ziyan vura bilər.
"Bakı buxtası onsuz da böyük çirkab nohuruna dönüb. Şəhərin kanalizasiya, məişət və kanalizasiya tullantıları bura təmizlənmədən axıdılır. Sahildə üfunət qoxusundan durmaq olmursa, buxtadakı suda balıqlar bir yana, artıq planktonlar da zəhər daşıyıcılarına dönüb. Belə şəraitdə buxtanı təmizləmək, orada ekoloжi normallaşdırma işləri aparmaq əvəzinə orada böyük tikinti meydançası açmaq buxtanın ekologiyasını məhv edə bilər", - S.Vəliyev bildirib.
Onun sözlərinə görə, Bakı buxtasında iki süni adanın yaradılması burada dəniz suyunun axın cərəyanın istiqamətinə ciddi təsir göstərəcək, buxta "ölü su" məkanına dönəcək, daha sonra isə dəniz suyunda güclü yosunlaşma prosesi başlanacaq. Məzkur olaylar isə Bakı buxtasınıı ekoloжi fəlakət zonasına döndərə bilər.
Milli Elmlər Akademiyasının dəniz mühiti sektoru isə hesab edir ki ki, Bakı buxtasının akvatoriyası zəhərli və təhlükəli kimyəvi maddələrlə qarışıqlardan təmizlənməlidir.
Zərərli qarşıqların normadan dəfələrlə artıq olması nəticəsində burada balıqlar, mollyusklar və yosunlar məhv olur. Buxtanın dibinin əksər hissəsi qalın mazut layı ilə örtülüb ki, bu da dəniz suyunun təkrar çirklənmə mənbəyidir. Neft layının yayılma arealı isə akvatoriyanın hədd sularından da kənara çıxaraq sahilyanı zolağa sızıb. Bura ildə orta hesabla 332,2 milyon kubmetr kanalizasiya suyu axıdılır ki, onun da 213,03 milyon kubmetri təmizlənmir.
Hazırda Bakı buxtasının suyunda 9 min ton neft, 250 kq ton fenol, 340 kq səthi fəal sintetik maddələr, 221 kq metal, 99100 ton üzvi birləşmələr, 219,6 ton qarışıqlar və 221 kq kimyəvi turşular var. Çirkləndirici Maddələr İndeksinə görə, Bakı buxtasının akvatoriyasını bütünlüklə VI, çox güclü çirklənmə zonası saymaq olar.
Bütün bunlardan savayı, Bakı buxtasında 99 batmış və yarıbatmış gəmi var ki, onların ümumi ağırlığı 200 min tondan artıqdır.
İndiyədək cəmi 2100 ton ağırlığında batmış gəmi "Xəzərdənizneftdonanma" tərəfindən çıxarılaraq metal tullantısı qismində "Baku Steel Company"yə təhvil verilib.

''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi''Aypara oteli'' layihəsi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13620   Tarix: 20 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

24.04.2024 658
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

24.04.2024 378
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 133
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092