Sürücü canını yanan maşından son anda qurtardı

Sürücü canını yanan maşından son anda qurtardı

Cəlilabad rayonunda avtomobil yanıb.

Hadisə bu gün səhər saatlarında rayonun Porsava kəndində qeydə alınıb.

Cəlilabad rayon Heçara kənd sakini İmran Bəbulla oğlu Sadıqova məxsus "VAZ-21099" markalı avtomobilllə hərəkətdə olarkən, anidən avtomobilin mühərrik hissəsi tüstüləyib.

Sürücü maşından düşdükdən sonra avtomobilin alışdığını görüb. Hadisə yerinə çağırılmış Cəlilabad Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürüblər.

Lakin avtomobil tamamilə yanaraq yararsız hala düşüb.

anspress.com

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Digər Oxunub: 2459 Tarix: 25.08.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_NICE_
_NICE_ 21.07.2016
twkler