Erməni mediası: Bakı Putinin ermənilərə təzyiqi ilə Qarabağı alacaq

Erməni mediası: Bakı Putinin ermənilərə təzyiqi ilə Qarabağı alacaqErmənistan prezidenti Serj Sərkisyan ölkəsinin gənc jurnalistləri ilə görüşdə Gömrük İttifaqına daxil olmaqla bağlı çətinliyin əsas sirlərini açıqlayıb.

Sərkisyan Ermənistanın quruma üzvlüyünə Gömrük İttifaqında hamının sevinmədiyini bildirb.

"Təbii ki, Gömrük İttifaqı bir ölkə deyil və mən hamının sevinməməsi fikri ilə razıyam. Biz öz problemləri olan balaca ölkəyik. Əlbəttə, hansısa ittifaqa qoşulmağımız bu ittifaqın üzvləri üçün müəyyən problemlər yaradır", - Ermənistan lideri əlavə edib.

Qeyd edək ki, Gömrük Şurasında cəmi üç ölkə - Rusiya, Belarus və Qazaxıstan var. Heç şübhəsiz ki, erməni dövlət başçısı "mən hamının sevinməməsi fikri ilə razıyam" deyəndə Qazaxıstan və Belarusu nəzərdə tutub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük İttifaqı liderlərinin Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyaraq Ermənistanın quruma üzvlük üçün Qarabağ münaqişəsini əsas əngəl olaraq göstərib. Yəni, Ermənistan yalnız o halda ittifaqa qoşula bilər ki, Qarabağ münaqişəsi həll olunmuş olsun.

Belarus prezidenti Aleksandr Lukaşenko da qazaxıstanlı həmkarı ilə eyni mövqeyi bölüşür. Burada əsas məqam Minskin Bakı ilə isti münasibətlərə malik olmasıdır.

Erməni mediasi isə iddia edir ki, Ermənistanın ittifaqa daxil olmasını Rusiya da istəmir. Qeyd olunur ki, Moskva Ermənistanı Qarabağsız qəbul olunmasının tərəfdarı kimi çıxış edir.

Qeyd edək ki, bir neçə ay öncə eyni sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində də səsləndirilmişdi. Erməni mediası yazır ki, İrəvan alternativ yollar üzərində düşünə bilər. Misal üçün, ABŞ, NATO, yaxud da İran. Bir neçə gün bundan əvvəl İrəvanda səfərdə olan gürcü baş nazir İrakli Qaribaşvili də bir növ buna işarə edirdi.

Amma erməni rəhbərliyinin buna gücü çatacaqmı? Çünki Moskvaya qarşı çıxmaq Sərkisyan hakimiyyəti üçün ölüm, bütün Ermənistan üçün isə qaranlıq gələcək deməkdir. Bunu anlayan Qabiraşvili də İrəvanda "əgər Ermənistan Avrasiya İttifaqına daxil olacaqsa, Gürcüstanın Rusiyadan vergisiz tranziti təmin edəcəyini gözləməsin" mesajını verdi.

Ən maraqlısı isə erməni mediasının iddia etdiyi məsələdir. "Lragir.am" saytı iddia edir ki, Ermənistanın düşdüyü bu vəziyyətə görə ən çox Türkiyə və Azərbaycan sevinir. Sayt qeyd edir ki, Türkiyə və Azərbaycan Rusiya və Qazaxıstanın da Ermənistana təzyiqləri ilə Ermənistanı işğal olunmuş torpaqlardan çıxardacaq.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1707   Tarix: 26 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0