Müğənni Suranın ölüm təfərrüatları bəlli oldu - özünü asıb
23 yaşlı müğənni bağ evində intihar edib.
Bakıda intihar edən gənc müğənni ilə bağlı bəzi məqamlar üzə çıxıb. hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü müğənni Əsgərli Sura İlham qızı özünü Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənzildə asaraq intihar edib.
Gənc müğənni avqustun 23-də Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanındakı evdə kimsənin olmadığı vaxt tavandakı taxtaya ip bağlayaraq özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həmin gün axşam saatlarında aşkarlayıblar.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 23 yaşlı Sura müğənni, həm də bəstəkar olub. Onun intihar səbəbləri araşdırılır.
axsam.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş