Pivə içənlər diqqət

Pivə içənlər diqqət

Pivə istehsalı ilə məşğul olan şirkət qanun pozuntusuna yol verib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Salyan rayonu, A.Ağabəyov küçəsində fəaliyyət göstərən "Salyan Qida Məhsulları" İKŞ-nə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.

Belə ki, yoxlama zamanı müəssisədə pivə istehsalının reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, sənədli şəkildə təsdiqlənmədiyi halda istehsal olunan pivələrin qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə çeşidlərindən biri olması barədə qeyri-dəqiq reklamın verildiyi aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Salyan Qida Məhsulları" İKŞ barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

anspress

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3378 Tarix: 22.08.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ayickaa
ayickaa 23.08.2014
twk


 
HEC_KIM
HEC_KIM 23.08.2014
Twk


 
_Vusal_
_Vusal_ 22.08.2014
tsk


 
atiii
atiii 22.08.2014
spirtli ickiden uzaq olmaq lazimdi.haramdi
А ты попробуй сказатъ в лицо то,
что говоришъ за спиной...


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər