Dəccaldan qorunmağın yolları

Dəccaldan qorunmağın yollarıMənbə: http://zikr.az

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 
"Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: "Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir." (Səhih əl-Buxari, 3057).
Həmçinin demişdir: "Məsih Dəccal alçaqboylu, əyriayaq, buruqsaç, tək­göz – gözü də sür­­tülmüş, nə domba, nə də batıq olan bir kişidir. Əgər çaşbaş qalsanız (onun kim olduğunu ayırd edə bilməsəniz,) bilin ki, Rəbbiniz təkgöz deyildir" (Əbu Davud, 3763). Ona Məsih Dəccal deyilməsinin səbəbi məhz bir gözünün sürtülmüş olmasına görədir. Məsih sözü sürtülmüş, məsh edilmiş deməkdir. 
Həmşinin demişdir: "...Sonra dönüb qar­şım­da qır­mı­zıdərili, cüssəli, buruqsaç və sağ gözü kor olan birisini gördüm. Onun gö­zü sanki domba üzüm dənəsi idi. Mən soruşdum: "Bu kimdir?" De­di­lər: "Bu, Dəc­caldır!.." (Səhih əl-Buxari, 3441).
Həmçinin demişdir: "Dəccalın iki gözü arasında "kəf, fə, ra" yəni kafir sözü yazılıb. Oxu­mağı bacaran və bacarmayan hər bir müsəlman onu oxuyacaq" (Səhih Muslim, 2933).
Həmçinin demişdir: "Dəccal zühur edəcəyi zaman onun yanında su və od olacaq. İn­san­lar nəyi od zənn edəcəklərsə, əslində, bu, sərin su olacaq. Nəyi sərin su zənn edəcəklərsə, o, yandırıb-yaxan bir od olacaq. Sizlərdən kim o vaxta qə­dər yaşasa, od zənn etdiyi şeyin içinə girsin. Həqiqətdə, o, şirin və sərin bir su olacaq" ("Səhih əl-Buxari", 3450).

Dəccaldan qorunmağın yolları

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - namazda dua edib deyərdi: "Allahummə inni əuzu bikə min əzabil-qabri və min əza­bin-nari və min fitnə­til-məhyə vəl-məmati və min fitnətil-məsihi­d-dəccal. (Allahım! Qəbir əza­bından, Cəhənnəm əza­bından, həyatın və ölümün fitnəsindən və mə­si­hid-dəc­calın fitnəsin­dən Sənə sığınıram!)" (Səhih əl-Buxari, 1377).
Peyğəmbər demişdir: "Kim "əl-Kəhf" surə­sinin əvvəlindəki on ayəni əzbərləsə, bu onu Dəccalın fitnəsindən qoruyar" (Səhih Muslim, 1919).
Digər rəva­yətdə isə belə demiş­dir: "Kim "əl-Kəhf" surəsinin axırındakı on ayəni oxuyarsa, bu onu Dəccalın fitnəsindən qoruyar" (Səhih Muslim, 1920).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3897   Tarix: 20 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516