Neftçi Kanalesdən imtina edir

Neftçi Kanalesdən imtina edirBakının "Neftçi" futbol klubu Avropa Liqasının play-off mərhələsinin ilk oyunu öncəsi problemlə üzləşib.

Paytaxt təmsilçisi böyük ümidlərlə heyətə qaytarılan Nikolas Kanalesin transferini rəsmiləşdirməkdə çətinlik çəkir. Buna səbəb 29 yaşlı hücumçunun transfer vərəqəsinin yubanmasıdır.

Həmin sənəd üçün Çili Futbol Federasiyasına sorğu göndərilsə də cənubi amerikalılar məsələnin həllini yubadırlar. Elə bu üzdən də paytaxt təmsilçisi Kanalesi sifariş edə bilmir.

Avropa Liqasının "Partizan"la avqustun 21-də baş tutacaq ilk qarşılaşmasına cəmi 3 gün qalması isə "Neftçi" rəhbərliyini daha sərt addım atmağa vadar edib.

Belə ki, paytaxt təmsilçisi Kanalesin qarşısına şərt qoyub: "Sabahadək transfer vərəqəsi gəlməsə, "ağ-qaralar" ondan imtina edəcək.
Çünki Kanales avrokuboklarda "Neftçi"yə kömək etmək üçün qaytarılıb. Play-off mərhələsində iştirak üçün oyunçuların son sifariş tarixi isə avqustun 20-də başa çatır. Bu səbəbdən bakılıların play-off mərhələsində komandaya kömək edə bilməyəcək hücumçunu heyətdə saxlamayacağı istisna deyil.

Qeyd edək ki, 2012/13 mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri olduqdan sonra vətəninə qayıdan Nikolas "Kolo-Kolo" ilə müqavilə imzalasa da burada qısa müddət keçirib və "Santyaqo Uonderers"ə icarəyə verilmişdi.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1403   Tarix: 20 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qarabağ"ın futbolçusu: Tarix yazdıq

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu şəxsi instaqram hesabından fotolar yayımlayıb. Braziliyalı forvar

17.03.2024 328
.

Dani Alveş azadlığa buraxıldı

Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayət

20.03.2024 323
.

Həmin azarkeşlərdən ikisi həbs edildi

Türkiyədə qalmaqallı "Trabzonspor"- "Fənərbaxça" oyunundan sonra 2 nəfər həbs edilib. "Qafqazinfo" DHA-ya istinadən xəbər verir ki, həbs edilən 2 nəfər meydana daxil olan maskalı Hasan Çetinkaya və künc dirəyi ilə futbolçulara hücum edən Engin Taşkındır. Bildirilib ki, hə

20.03.2024 356
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 388
.

Poqbanın ad günü ismarışı hər kəsi kövrəltdi

Bir müddət əvvəl dopinqdən istifadə etdiyinə görə dörd il həbs cəzasına məhkum olan fransalı futbolçu Pol Poqba 31 yaşı olması münasibəti ilə paylaşım edib. Onun ismarışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Poqba son bir ildə yaşadıqları qədər heç vaxt həyatdan dərs almadığını və yetkinləşmədiyin

17.03.2024 336
.

Boliviya klubunun gənc forvardı məşq zamanı öldü

Boliviyanın elit divizionunda çıxış edən "Real Santa Cruz" futbol komandasının kolumbiyalı hücumçusu Gilyerme Denis Beltran 24 yaşında vəfat edib. Faciə Beltranın meydanda səhər məşqi zamanı baş verib. O, ürək-damar fəaliyyətinin dayanması səbəbindən huşunu itirib. Futbolçu dərhal xəstəxanay

23.03.2024 231
.

Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Macarıstan oyununun hakim inspektoru olacaq. Qarşılaşma martı

21.03.2024 258
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld

27.03.2024 258
.

FIFA rəhbərinin maaşı məlum olub

"Sky Sports"un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb. "Report" xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb. Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,6

17.03.2024 461