Erməni əsir və girovların sayı artıb - 6 erməni sərhəddi könüllü keçib

Erməni əsir və girovların sayı artıb - 6 erməni sərhəddi könüllü keçibAzərbaycan Müdafiə Nazirliyi avqustun 7-də Tovuz rayonu ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərən erməni kəşfiyyat-diversiya qrupunun zərəsizləşdirib. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə tutulub.

Bunula da hazırda Azərbaycan tərəfində olan erməni əsir və girovların sayı artıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, son hadisədən öncə Azərbaycanda 6 erməni əsir və girov olub. Karen Petrosyanın ələ keçirilməsilə onların sayı 7-yə yüksəlib.

Belə ki, 2010-cu ilin yanvar ayında Ermənistan vətəndaşı Yeqişe Gevorkyan arvadı və üç uşağı (3, 6, 7 yaşlarında) ilə birgə "Eraz" markalı avtomobildə sərhəddəki tikanlı məftilləri dağıdaraq Naxçıvan ərazisindən Azərbaycana qaçıb.

Yeqişe Gevorkyan və onun ailəsi – arvadı, üç övladı Azərbaycan Respublikasına könüllü gəliblər. Ermənistan tərəfinin mətbuatda yaydığı məlumata əsasən, Yeqişe Gevorkyan barədə orada cinayət işi mövcuddur. Bu səbəbdən də o, Ermənistana qayıtmaqdan imtina edir və üçüncü ölkəyə getmələri barədə Azərbaycan hökumətinə müraciət edib. Azərbaycan hökuməti isə beynəlxalq qanunlara və üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ailə ilə bağlı məsələnin həlli üçün BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına müraciət edib. Hazırda həmin şəxslərin məsələsinin həlli ilə bu qurum məşğuldur.

8 avqust 2013-cü il tarixdə isə Ermənistan ordusunun əsgəri İnciqulyan Akop Gevorkoviç Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində könüllü şəkildə Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçib və saxlanılıb. Bu gün o, artıq 1 ildir ki, Azərbaycan tərəfində saxlanılır. A.İnciqulyanın üçüncü ölkəyə göndərilməsi barədə Azərbaycan hökumətinə müraciət edib və onun xahişi BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığına göndərilib. A.İnciqulyan hələki ölkəmizdə saxlanılır.

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2008   Tarix: 15 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Doğma qızına 18+ videolar göstərirmiş...

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soya

15.04.2024 490
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

İrəvan və Astana qardaş şəhərlər elan edilib

Ermənistanın paytaxtı İrəvan və Qazaxıstanın paytaxtı Astana qardaş şəhərlər elan edilib. xəbər verir ki, müvafiq sənədin imzalanması mərasimi Ermənistan prezidentinin iqamətgahında Ermənistanın baş naziri Nikol Paşinyanla Qazaxıstan prezidenti Qasım Comart Tokayev arasında keçirilən görüşdən sonra ba

15.04.2024 194
.

Şakira Türkiyədə konsert verəcək

Müğənni Şakiranın Türkiyədə konsert verməsi gözlənilir. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,müğənni dünya turu etməyi planlaşdırır

15.04.2024 179
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) -a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər təşkil edib. Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri

15.04.2024 268
.

Rusiya: "Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq"

"Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq". xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Peskov deyib. İran-İsrail gərginliyinə də toxunan Peskov Yaxın Şərqdə gərginliyin artmasından narahat olduqlarını deyib. "Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyi

15.04.2024 157
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749