Azərbaycanlılar üçün Ayda və Marsda endirimlə torpaq satılır

Azərbaycanlılar üçün Ayda və Marsda endirimlə torpaq satılırSSRİ dağıldıqdan sonra bölgələrdən paytaxt Bakıya üz tutanların sayı çoxaldı. Rayonlardakı fabrik və zavodlar fəaliyyətlərini dayandırdığından işsizlikdən əziyyət çəkən bir çox rayonların sakinləri neft bumu yaşayan Bakıya üz tutdular. Bölgələrdən gələn sakinlərin əksəriyyəti Bakıda məskunlaşmağa başladılar. Paytaxtda torpağın qiyməti də həm də məhz bu köçhaköçdən sonra sürətlə artdı.

Ay və Marsda torpaq alan məşhurlar...

Bəzən isə şəhərin hansısa hissəsindəki iki kvadratmetr torpaq üstündə iki qonşu və ya qohumlar bir-biri ilə davaya çıxır, düşmən olurlar. Bu cür münaqişələr həm də torpağın qiymətinin yüksək olmasından qaynaqlanır. Bakıda bir sot torpağın qiyməti 3-100 min manat arasında dəyişir. Bakının ayrı-ayrı səmtləri və ya həndəvərlərindən fərqli olaraq, Ay və Mars planetlərində torpaq çox ucuz qiymətə təklif edilir. Onu da qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında Ay, Mars və Venerada ərazi alanların sayı baxımından Azərbaycan lider sayılır. Ay və ya Mars planetində nə vaxtsa yaşaya biləcəklərinə inanan bəzi məşhurlar planetlərdə daha çox torpaq ala bilmək üçün sanki bir-biriləri ilə yarışırlar. Elə müğənnilərimiz var ki, nəinki Yer planetində daşınır və daşınmaz əmlaka, hətta Ayda da torpaq sahəsinə sahibdirlər.

Türkiyədə yaşayan azərbaycanlı modelyer Günay Musayevaya Ayda torpaq sahəsi hədiyyə edilib. Ona bu hədiyyəni həyat yoldaşı aktyor Tolga Karel edib və bununla da o gələcəyə investisiya qoyduğunu deyib.

Ay və Marsda torpaq sahəsinə sahib olanlar sırasında Cenifer Lopez, Donald Tramp, Paris Hilton, Riçard Branson kimi məşhurlar da var. İndiyədək Ayda torpaq almış minlərlə şəxsin arasında şou-biznes mənsubları ilə yanaşı, tanınmış siyasətçilər, konqresmenlər, müxtəlif ölkələrin məşhur vətəndaşları, hətta ABŞ-ın iki sabiq prezidenti də var.

Çox güman ki, onlar Ayda ərazi almağa da sadəcə, bir əyləncə kimi baxırlar. Bundan başqa, Ay, yaxud da Marsda ərazi əldə etməyə xərclənən pullar da həmin şəxslər üçün elə də böyük məbləğ deyil.

Astro İnternational şirkətinin 70-75 faiz endirimlə Ay və Marsda torpaq satışı elanı verməsi bu mövzunu yenidən aktuallaşdırıb.

Endirimlə 12 sot torpaq 27 manata

Bonuslar.az saytı Sankt-Peterburq şəhəri, Marat küçəsi, 26-da yerləşən Astro International şirkətinin Ay və Mars planetində 75 faiz endirimlə torpaq sahəsi satıldığını bəyan edib. Sayt yazır: "Bonuslar.az sertifikatı ilə siz Astro International şirkəti tərəfindən Ayda və Mars planetində torpaq sahəsini 75%-dək endirimlə ala bilərsiz. Astro İnternational şirkəti özünüzə və yaxınlarınıza gözəl, qeyri-adi hədiyyə etmək şansı yaradır. Sizin aldığınız torpaq sahəsi ilə bağlı bütün sənədlər və koordinatlar IDPS & ELC beynəlxalq kosmik kataloquna daxil ediləcək və bu sənədlərdə sizin torpaq hüququnuzu təsdiqləyəcək".

Ay və Marsda təklif edilən torpaq sahələrinin qiymətlərinə gəlincə, 70 faiz endirimlə ayda 12 sot sahə 87 AZN əvəzinə 26 AZN, 14 sot sahə 102 AZN əvəzinə 30 AZN, 16 sot sahə 116 AZN əvəzinə 35 AZN, 18 sot sahə 131 AZN əvəzinə 39 AZN, 20 sot sahə 144 AZN əvəzinə 43 AZN, 30 sot sahə 72% endirimlə 218 AZN əvəzinə cəmi 70 AZN-ə təklif edilir.

Marsda isə 75 faiz endirimlə qiymətlər belədir: 20 sot sahə 87 AZN əvəzinə 22 AZN, 24 sot 105 AZN əvəzinə cəmi 26 AZN, 28 sot sahə almaq 123 AZN əvəzinə 31 AZN, 32 sot sahə almaq 140 AZN əvəzinə 35 AZN, 36 sot sahə 158 AZN əvəzinə 40 AZN, 40 sot sahə 174 AZN əvəzinə cəmi 44 AZN, 60 sot sahə 246 AZN əvəzinə cəmi 62 AZN.

Saytın yazdığına görə, bu endirimlər 7 oktyabr 2014-cü il tarixinədək etibarlıdır.
Qeyd edək ki, BMT-yə daxil olan dövlətlərin hələ 1967-ci ildə imzaladığı sazişə görə, heç bir astronomik cisim, o cümlədən Ay planeti hansısa dövlətin mülkiyyəti və ya milli mənsubiyyət altında olan ərazi sayıla bilməz. Amerikalı vəkil Dennis Houp 1980-ci ildə BMT-nin Kosmosla bağlı qəbul edilən sənədlərindəki boşluqdan istifadə edərək Ayın ona məxsus olduğunu iddia edib.

Bu minvalla ilk dəfə Houp 1980-ci ildə "Ay səfirliyi" ("The Lunar Embassy") adlı şirkət yaradır və başlayır Ay planetindəki "ərazi"ləri satmağa.

"Beynəlxalq konvensiya olmalıdır"

Maraqlıdır, bu şirkətlərə pul ödəyərək Ay və Mars planetlərində sahə alan vətəndaşlarımız həmin sahələrin sahibləri sayılırlarmı?

Hüquqşünas Müzəffər Baxış bunun beynəlxalq bir fırıldaq olduğunu deyir: "Ay Yerin peykidir. Mən də hansısa şirkətin Ay və Marsda torpaq satdığı ilə bağlı xəbəri oxumuşam. Guya bu şirkət Ay və Marsda sahə alanlara sənəd də verəcək. Mənə elə gəlir ki, bu beynəlxalq bir fırıldaqçı şirkətdir. Düşünürəm ki, bu məsələ ilə bağlı ola bilsin ki, o şirkət bu və digər hərəkətləri həyata keçirsin. Ancaq bir problem ortaya çıxanda, təbii ki, beynəlxalq bir konvensiya ilə bu məsələlərin tənzimlənməsinə ehtiyac yaranacaq və münasibətlər beynəlxalq konvensiya ilə tənzimlənəcək. O şirkət bildirir ki, onların araşdırmalarına görə Ay heç kimin mülkiyyətində deyil. Onlar Ayı öz mülkiyyətlərinə keçirəcəkləri ilə bağlı bir fikir irəli sürürlər. Bu yolla da o yerləri satıb pul əldə etmək istəyirlər. İctimai münasibətlər elə bir səviyyəyə gəlib ki, bu məsələlərin tənzimlənməsi üçün beynəlxalq konvensiyalar qəbul edilməlidir. İndiki halda mən hesab etmirəm ki, o şirkətin elə bir səlahiyyəti olsun ki, Aydakı torpaqları satsın. Buna normal qiymət verilsə, həmin şirkət tərəfindən həyata keçirilən bu hərəkət dələduzluqdur. Məsuliyyət məsələsinə gəlincə, hökmən beynəlxalq konvensiya qəbul edilməlidir ki, həmin konvensiya ilə o şirkətin əməllərinə hüquqi qiymət verilsin. İndiki halda həmin şirkətlə mübahisə etmək çox çətindir".

bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2957   Tarix: 15 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1230
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

18:00 66
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 0
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 0
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

12:14 59
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 76
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 193
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 0