TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilibTRT-nin Bakı təmsilçisi Əmrah Timuçin Yazıcı vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Ə. T. Yazıcı Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb.

O, sentyabr ayında Türkiyəyə qayıdacaq. TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Yıldıray Arslan təyin edilib. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir.

Mərhum Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb. Y. Arslan TRT-nin Xəbər və İdman Yayımları Departamentinin sədr müavini vəzifəsində çalışıb. O, azərbaycanlı xanımla ailə qurub və bir övlad sahibidir.

apa


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2383   Tarix: 13 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040