Meymun yeyən afrikalıların ebola dərdi - VİDEO

Meymun yeyən afrikalıların ebola dərdi - VİDEOÇox böyük sürətlə Afrika ölkələrini bürüyən ebola virusu artıq qarşısı alınmaz hala gəlib.

BiG.AZ Xezerxeber.com-a istinaden xəbər verir ki, Vəziyyət o yerə çatıb ki, bu bölgələrdə fəaliyyət göstərən tibb işçiləri və həkimlər ölkəni tərk edib və sağlıq ocaqları bağlanıb. Hazırda həkim yoxluğu səbəbindən xəstələrə baxan yoxdur. Ölüm hallarının statistikası təhlükəli vəziyyətə çatıb.

Bəs Afrikanın kabusuna çevrilən ebola virusu nədir? Hansı yolla insana yoluxur? Hansı heyvanlar bu virusun daşıyıcılarıdır? Hazırda bütün dünya alimləri bu suallar ətrafında araşdırma aparır.

Ebola virusu yoluxucu xəstəliyə yol açır. Xəstəlik yüksək qızdırma, ishal, ağız, burun və qulaqdan qanaxma ilə müşahidə olunur. Əgər nəzarətə götürülməzsə kütləvi yoluxma hallarına yol aça bilər. Virus, ilk dəfə 1976-cı ildə Sudan və Konqodakı yoluxucu xəstəliklər zamanı təsbit edilib.

Ebola virusunun simptomları nədir?

Ebola virusunun simptomları bütün xəstələrdə eyni deyil. Ancaq bu virusa yoluxmuş insanlarda ilk bir neçə gün ərzində ən çox müşahidə olunan göstəricilər belədir: yüksək qızdırma, baş ağrısı, mədə ağrısı, halsızlıq, boğazda qıcıqlanma, gözlərdə qızartı və qıcıqlanma, boğazdan qan gəlməsi və sair.

Virus daşıyıcısı olan xəstələrdə bir neçə həftə sonra daha ciddi simptomlar müşahidə olunur. Xəstəliyin ağırlaşdığı mərhələdə, əsasən sinədə ağrı, bədənin müxtəlif nahiyələrindən qan sızması, korluq, bayılma kimi hallara rast gəlinir.

Ebola virusu necə yoluxur?

Ebola virusu, insanlara, bu infeksiyaya yoluxmuş heyvanların qanı, orqanları, əti və ya sadəcə təri ilə təmasda olarkən keçə bilər. Afrikada insanların daha çox virus daşıyıcısı olan şimpanze, qorilla, meymun, meyvə yarasası və antilopdan yoluxduğu qeydə alınıb.

Qeyd edək ki, meymun əti Afrika insanlarının qida rasionuna daxildir və virusun yayıldığı bir vaxtda belə onlar bu yeməkdən imtina etməyiblər. Tibb ekspertləri, virusun sürətlə yayılmasına zəmin yaradan amil kimi bu insanların meymun əti ilə qidalandığını göstərirlər.

Virus insandan insana, yaralanmış bölgəyə təmas halında və ya yoluxmuş insandan qan köçürməsi zamanı, intim münasibət və sadəcə tərləmiş əllə görüşərkən də yoluxa bilər. Eyni zamanda virus daşıyıcısı olan sudan, qidadan da yoluxmaq mümkündür.

Ebola əleyhinə peyvənd axtarışları

Hazırda ebola virusuna qarşı hər hansı peyvənd və ya xüsusi müalicə vasitəsi yoxdur. Xəstəliyin ağırlaşmış mərhələsində ölüm riski sağalma şansını üstələməkdədir.
Xəstəliyin müalicəsi olmadığı üçün, onun yoluxma yolları və qorunma üsulları haqqında maarifləndirmə işinin aparılması və bu cür tədbirlərin görülməsi ölüm hallarını azaltmağın yeganə yoludur.

Xəstəliyin ilkin simptomları qripə bənzədiyindən, çox zaman düzgün diaqnoz qoymaq mümkün olmur və insanlar bunu ciddiyə almırlar. Nəticədə həm ölüm halları artır, həm də kənardakı insanlar virusa yoluxmuş olurlar.

Ümumdünya Səhiyyə Təşkilatı son bir ildə 932 nəfərin bu xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

ABŞ Yoluxucu Xəstəliklər İnstitutunun elm adamları bu xəstəliyə qarşı peyvəndlər üzərində işləyir. Təşkilatdan verilən xəbərə görə, hazırda araşdırmalar tamamlanıb və heyvanlar üzərində təcrübə aparılır. Əgər peyvənd heyvanlar üzərində uğurlu olarsa, sentyabrdan başlayaraq insanlar üzərində tətbiq ediləcək. Təcrübələrin uğurlu olacağı təqdirdə, ilk növbədə risk qrupu olan tibb işçiləri peyvənd olunacaq.

Son günlərdə Kanadalı elm adamlarından gələn sevindirici xəbərlər də Ebola xəstələri üçün bir ümid olub. Belə ki, onlar meymunlar üzərində aparılan peyvənd testlərinin müsbət nəticə verdiyini müşahidə ediblər.

Səhiyyə işçiləri xəbərdarlıq edir ki, afrikalılar bu virusdan qurtulmaq üçün ilk növbədə qida rasionundan meymun ətini çıxarmalıdırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3032   Tarix: 14 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390