Moskvada SSRİ avtobusları - VİDEO

Moskvada SSRİ avtobusları - VİDEORusiyanın paytaxtı Moskvada retro-avtobusların nümayişi keçirilib. Əfsanəvi Sovet avtobuslarının uzun illərdən sonra ilk dəfə nümayiş edilməsi böyük marağa səbəb olub.

Moskvada şəhər içi avtobus nəqliyatının quruluşunun 90-cı yubileyi unikal bir şəkildə qeyd edildi. Artıq insanların yaddaşından silinməyə başlayan keçən əsrə aid əfsanəvi retro-avtobuslar yenidən bərpa edilərək Moskva küçələrinə çıxarıldı. Əksəriyyəti 1960-1970-ci illərdə "QAZ" zavodunda istehsal edilmiş avtobuslardan ibarət eksponatlar moskvalıların böyük marağına səbəb oldu. Aralarında "ZİS-8" kimi ilk Sovet avtobuslarının da olduğu antik nəqliyyat növləriylə bol-bol şəkil çəkdirən paytaxt sakinləri arasında hələ də o, illəri xatırlayanlar da az deyildi.

Moskva sakini Svetlana Kevorkovanın sözlərinə görə, bunlar bizim gəncliyimizdir, bizim həyatımızdır: "Bu avtobuslarda çox yol getmişik. Gənclik illərimizi bu avtobuslarda keçirdiyimiz üçün onlar bizə çox əzizdir. İndi baxıram ürəyim fərəhlə dolur. O, vaxtlar necə də gözəl və müasir avtobuslarımız var imiş".

Təşkilatçı Viktor Stepanov isə deyir ki, bu avtobus 1968-ci ildə istehsal olunub: "Çox köhnə olmasına baxmayaraq hələ də öz hərəkət qabiliyyətini itirməyib. Əlbətdə ki, biz onda bəzi bərpa işləri aparmışıq. İndi ona daha çox sərnişin sığışır".

Nümayiş edilən retro-avtobuslardan başqa gələcəyin avtobuslarıdan sayılan elektrobus da böyük marağa səbəb oldu.

"Qaz" zavodunun rəsmisi, Vyaçeslav Orexov qeyd etdi ki, müasir avtobus istehsalında indi ən çox diqqət edilən şey, ətraf mühütə daha az zərər verilməsidir: "Bu avtobusların başlıca xüsusiyyəti isə onların ətrafa heç bir zəhərli qaz buraxmadan çalışmasıdır. Bu avtobuslar elektriklə işləyir. Onları troleybusla müqayisə etmək olar".

Retro-avtomobillərin nümayişi səbəbindən bu gün Moskvanın mərkəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılmışdı.

ANSPRESS.COM


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1937   Tarix: 12 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390