Həkimlər Ebolaya görə xəstəxanalardan qaçır

Həkimlər Ebolaya görə xəstəxanalardan qaçırDəhşətli "Ebola" virusu epidemiyasının yayıldığı Afrika ölkələrindən biri olan Liberiyada həkimlər virusa yoluxmamaq üçün kütləvi şəkildə xəstəxanalardan qaçır.

"Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı bu barədə bildirib. Təşkilat bəyan edir ki, Liberiyanın səhiyyə sistemi darmadağın olub və "Ebola" virusu epidemiyasının qarşısında acizdir.

"Sərhədsiz həkimlər"in Liberiyadakı koordinatoru Lindis Xurum bildirib ki, bu ölkə hakimiyyəti epidemiyanın miqyası barədə məlumatları azaldır. Onun sözlərinə görə, təşkilatın həkimləri hazırda öz imkanlarının hüdudları xaricində işləməyə məcburdurlar. Lindis Xurum bildirib ki, Liberiyanın paytaxtı Monroviyada beş iri hospital bir həftədir işləmir. Çünki bütün tibb personalı virusun qorxusundan xəstəxanalardan qaçıb. Ölkənin digər regionlarına da tibb personalının xəstəxanaları kütləvi şəkildə tərk etməsi üzündən "Ebola" virusuna yoluxanlara yardım edən tapılmır. "Biz birmənalı şəkildə müşahidə edirik ki, Liberiyanın səhiyyə sistemi necə darmadağın olur" deyə Xurum bildirib.
Məlumata görə Liberiyada nümayişçilər ölkənin iri şosselərindən birini bağlayaraq hakimiyyətin epidemiyaya qarşı yetərli tədbirlər görməməsinə etiraz ediblər.Aksiya iştirakçıları bildiriblər ki, "Ebola" virusundan ölənlərin cəsədləri günlərdir Monroviyanın yaxınlığındakı Vila şəhərində qalıb və hakimiyyət cəsədlərin daşınması üçün heç bir tədbir görmür. Aksiyanı hadisə yerinə göndərilən polis və ordu bölmələri dağıdıb.

Syerra-Leone və Qvineyada da epidemiyanın miqyası böyüməkdədir. Bu ölkələrdə minlərlə adamın virusa yoluxduğu bildirilir. Ölənlərin sayı dəqiq məlum deyil. "Ebola" virusu insandan insana asanlıqla keçir və bu virusa yoluxanların 90 faizi ölür. Virusa qarşı heç bir dərman və effektiv müalicə metodu yoxdur. Virusun Avropa ölkələrində də qeydə alındığına dair faktlar var.

Publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1491   Tarix: 12 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930