Faydalı içkilər

Faydalı içkilər

Yaşıl çay
Faydası:xərçəngin, ürək-damar xəstəliklərinin peydaolma riskini azaldır. Yaşıl çayın tərkibindəki flavonidlər, polifenol və antioksidantlar hüceyrələri zərərli təsirdən müdafiə edir və sərbəst radikalları neytrallaşdırır. Çayın tərkinbindəki ftor sümükləri möhkəmləndirir və dişlərə müsbət təsir edir.

Nanə çayı
Faydası:mədə pozğunluğunun öhdəsindən gəlməyə kömək edir, sancıları yüngülləşdirir, qidanın mədə-bağırsaq traktında hərəkətinə kömək edərək həzmi yaxşılaşdırır. Nanə spazmaəleyhinə təsirə malik olub, əzələ ağrılarını və əzələ gərginliyini aradan qaldırır.

Yağlı süd
Faydası: südün tərkibində mürəkkəb karbohidratlar zülal və bir qədər yağ olduğundan ləng mənimsənilir və siz müəyyən müddət ərzində özünüzü tox hiss edirsiniz. Mürəkkəb karbohidrarların səviyyəsi sabit qalır. Südün tərkibində kalsium ilə yanaşı, D vitamii də olduğundan bu mineral orqanizmə yaxşı sorulur. Üstəlik, kalsium piyləri yandırmaqda hüceyrələrə kömək etdiyinidən süd çəkinin aramla azalmasına kömək edir.

Duzsuz pomidor şirəsi
Faydası: xərçəngin bir çox formalarından qoruyur. Məlumdur ki, emal olunmuş pomidor məhsulunun tərkibində likopin maddəsi təzə ağız boşluğu, ağciyər, mədə, qaraciyər, süd vəzisi, uşaqlıq noynu, çənbər və düz bağırsaq xərçənglərində xərçəngin peydaolma riskinin azalmasına kömək edir. Bundan başqa, likopin ürəyi sərbəst radikallardan qoruduğu üçün ürək-damar xəstəliklərinin peyda olma riskini aşağı salır.

Portağal Şirəsi
Faydası: şirənin tərkibindəki C vitmaini immunteti qaldırır, bir çox xəstəliklərdən müdafiə edir. Portağal şirəsi dölün inkişafı qüsurlarının qarşısını almaq üçün zəruri olan fol turşusunun əla mənbəyidir


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 2165 Tarix: 06.08.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Urek_yarasi
Urek_yarasi 19.08.2014
sudden pomidordan basqa hamısını xosduyuram


 
AxwamlaR
AxwamlaR 13.08.2014
Xeber ucun twk. Sipirtsiz ve qazsiz icgiler icirem
hala_madrid
hala_madrid 06.08.2014
twk
мəɴι мəɴdəɴ öyrəɴιɴ нə ĸəѕə eyɴι deyιləм

 
eranic
eranic 06.08.2014
Yaşıl çay ,Nanə çayı ,Portağal Şirəsi bunlari bilirdim ,amma obrilerin bilmirdim.
♥♥

 
davinci
davinci 06.08.2014
bele xeberleri men de çox xoşluyuram. Bacardiğimiz qeder faydalanmaq lazimdir... Tewekkürler
Everything is good... Never feel the bad


 
R788
R788 06.08.2014
maraqli ve faydali xeber ucun tesekkurler bacim
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 
AVRIL_LAVIGNE
AVRIL_LAVIGNE 06.08.2014
Yağlı süd adinda yag var, yag=kalori

xebere gore


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər