Çal- çağırlı müğənnilərdən reaksiya: İndi vətən yolunda gediblər də…

Çal- çağırlı müğənnilərdən reaksiya: İndi vətən yolunda gediblər də…Dünən Azərbaycan ordusu 8, bu gün isə 4 hərbçisini şəhid verib.

Belə bir vaxtda "Space" kanalının musiqili verilişlərin yayımına ara verməməsi tamaşaçıların etirazına səbəb olub.

Telekanal hələ də öz efir proqramında dəyişiklik etməyib. Bu gün "Hər səhər" əyləncəli veriliş efirə gedib. Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad günü təbriklərini çatdırıblar.

Danışan müğənnilər bu verilişin 4 gün əvvəl çəkildiyini, lakin bu gün efirə getdiyini deyiblər.

Səyyad Əlizadə verilişin efirə getməyindən təəssüfləndiyini deyib: " Bu veriliş çəkilişdir, canlı yayım deyil. 4 gün bundan əvvəl proqramın çəkilişində olmuşuq. Bilirsinizmi, mən özüm də övlad itirmişəm. Bir valideyn üçün bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Verilişə bu gün baxmamışam. Xəbərim yox belə yox idi. Ağlıma da gəlməzdi ki, efirə gedib. Düzü elə hər yer çal-çağırdır. Gərək hər yerdə onların ruhuna hörmət qoyulsun. Allah səbr versin. Yenə də təəssüflənirəm. Gərək efirə verilməyəydi".

Qarmon ustası Gülbahar Şükürlü isə insanların qəzəbini qazanmaqdan qorxduğunu deyib: " Bu veriliş 4 gün əvvəl çəkilib. Həmin gün hazırlıqsız gəlmişdim, əynimdə şalvar var idi. Kanalın əməkdaşlarından biri ilə əlaqə saxlayıb demişdim ki, məni efirdən kəsin, geyimim xoşuma gəlmir. Dünən də təkrar danışdıq, dedim indi səbəb çoxdur, yəqin ki, efir olmaz. Dedi siz nə danışırsınız, yəqin ki, sabah olmayacaq efirdə, o qədər şəhid vermişik. Səhər oyanıb baxdım, çox dap is həyəcan keçirdim. Qohumlarım da zəng edir. Axı insanlar bilmir ki, bu çəkilişdir. Səhər efir zamanı da zəng vurdum. Düz deyildi, o qədər gözüyaşlı analar var. Verməsəydilər yaxşı idi…"

Gülyanaq Məmmədova isə dünənki tədbirini təxirə saldığını və efirdə çıxışının nümayişindən xəbərsiz olduğunu deyib.

Ruhəngiz Musəvi isə nə iştirakından, nə nümayişdən narahat olmadığını bildirib: "Bu çəkiliş idi də… Nə dəxli var. Allah rəhmət eləsin, indi vətən yolunda gediblər də… Veriliş gözəl verilişdir, bizim də işimiz budur. Mənim heç kimə "pretenziyam" yoxdur… Mən belə fikirləşirəm".

Aktual.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3418   Tarix: 05 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785