4 balan millətə əmanət dəyərli şəhid qardaşımız, rahat yat! - FOTO

4 balan millətə əmanət dəyərli şəhid qardaşımız, rahat yat! - FOTOQənirə Paşayeva: "Allah sizi atasız qoyan Ermənistana lənət etsin!"

Millət vəkili Qənirə Paşayeva dünən ermənilər tərəfindən öldürülən şəhidlərimizin dəfn mərasimlərində iştirak etdikdən sonra geri qayıdıb.

BiG.AZ saytı anspress.com saytına istinadən xəbər verirki, millət vəkili 4 uşaq atası olan Cəfərli kəndində şəhid Almazov İsə Ziyad oğlunun yas mərasimində daha çox təsirləndiyini bildirib:

"Bir az əvvəl Tovuz və Qazaxdan qayıtdıq. Tovuzda Şəhidimiz Vüqarın yasından sonra Qazaxda, Cəfərli kəndində şəhid qardaşımız Almazov İsə Ziyad oğlunun yas mərasimində iştirak edib, ailəsinə, yaxınlarına başsağlığı verdik. İsə qardaşımız qəhrəman oğullarımızdandır. 4 övlad atası olan dəyərli şəhidimizi hər kəs vətənini, millətini sevən, qeyrətli oğullardan biri və gözəl insan kimi anladırdı. Düşmənin təxribatlarına layiqli cavab verən və şəhid olan dəyərli bir qardaşımız, şəhidimizdir. Allah rəhmət etsin. Nur içində yatsın. Həyat yoldaşı bütün ağrı və acısına baxmayaraq şəhidlər ölmür, mənim həyat yoldaşım da hər zaman yaşayacaq və övladları hər zaman ataları ilə qürur duyacaq deyirdi. Möhkəm olacam, 4 övladımı atalarının adına layiq böyüdəcəm deyən bu dəyərli bacımızın qarşısında baş əyirik. Şəhidimizin gözəl övladları ilə də görüşdük. Gözlərində elə qəribə kədər vardı ki, hamısının... İnsanın ürəyi parçalanırdı. Allah sizi atasız qoyan Ermənistana lənət etsin, bəlalarını versin və inşallah layiq olduqları cəzaları alacaqlar dedik. Onlar indi millətə, dövlətə əmanətdir və inanırıq ki, dövlətimizin və millətimizin onlara diqqət və qayğısı hər zaman yüksək olacaq.

Ordan qayıdanda mətbuatda guya Qazağın hansısa kəndlərinin boşaldılması ilə bağlı məlumatlar gördüm. Doğru deyil. Ermənilərə ən yaxın mövqelərdə yerləşən kəndlərdən keçdik, Cəfərlidə yas mərasimində iştirak etdik. Yasda çoxlu insanlar vardı və onlar heç bir zaman düşmənin arzusuna çatmayacağını deyirdilər. Bu kəndlərin insanları qəhrəman insanlardır və müharibənin ən ağır günlərində belə evlərini tərk etməyiblər və bu gün belə bir düşüncədə deyillər. Gəlin düşməni sevindirən doğru olmayan məlumatların yayılmasına imkan verməyək. Tovuzda hərbiçilərimiz, əsgərlərimizlə də söhbət etdik. Düşmənə layiqli cavab vermək üçün hər an hazır olduqlarını deyirdilər. Dualarımızı onlardan əksik etməyək. Allah ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun. Düşmən Ermənistan və onun arxasında dayanan güclər isə inşallah öz layiqli cəzalarını alacaqlar. Allah Ermənistanın da, ona dəstək verənlərin də bəlasını versin. Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək olsun!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9575   Tarix: 02 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

17:52 3
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 744
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 331
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 129
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

16:45 163
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

17:54 0
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653