Boş qalan yerlərə qəbul başladı

Boş qalan yerlərə qəbul başladıTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqə elan edir.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İxtisas seçimi 2014-cü il 04 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü¬ququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib TQDK-nın internet saytında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi buraxılışında təqdim olunmuşdur. Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz "*" işarəsi ilə qeyd olunub.

Bu ixtisasları yalnız TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 19-dan 29-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər . Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənə¬ləri istiqamətlərinin ixtisaslarını və Musiqi sənəti istiqamətinin "Xanəndəlik" ixtisasını yalnız iyulun 2-dən 5-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan "məqbul" almış abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4946   Tarix: 31 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040