İki nəfəri əqrəb, birini ilan sancdı

İki nəfəri əqrəb, birini ilan sancdıÖtən gün iki nəfəri əqrəb, bir nəfəri isə ilan sancıb. Onlara ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, Hövsan qəsəbəsi Zeytunluq sovxozunda 28 yaşlı qadını ilan sancıb. İlkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Ötən gün Türkan qəsəbəsində 56 yaşlı kişini və Səbail rayonunda 57 yaşlı qadını əqrəb sancıb. Onlara ilkin yardım göstərilib, xəstəxanaya yerləşdirilib.

Bir nəfər 24 yaşlı oğlanı isə gün vurub. O, gün ərzində açıq havada qalıb, axşam isə halı pisləşib. Həkimlər ilkin yardım göstəriblər, həmin şəxs xəstəxanaya getməkdən imtina edib.

Z.Vahidova bildirib ki, adətən insanlar günvurmanın əlamətlərini bilmirlər, sadəcə baş ağrısı, ürəkbulanma şikayəti ilə müraciət edirlər. Təcili yardım həkimləri müayinə etdikdən sonra diaqnoz qoyur. İnsanlar başağrısı, ürəkbulanma, başgicəllənmə əlamətləri hiss etdikləri halda tibbi yardım almalıdırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2097   Tarix: 27 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040