Dünyanı gəzən qadın bayker Qusarda qəzaya düşdü - VİDEO

Dünyanı gəzən qadın bayker Qusarda qəzaya düşdü - VİDEO

Dünyanın 100-dən çox ölkəsini motosikletlə qarış-qarış gəzən 59 yaşlı Kristiana Azərbaycanı gəzmək istəyi yarımçıq qalıb. Qusarın Laza kəndinə gələn zaman onun motosikleti aşıb. Kəndə daxil olan kimi müvazinətini saxlaya bilməyən Kristiana motosikletdən yıxılıb. Motosikletə heç bir şey olmasa da, Kristiana Zaqar ayağından zədə alıb.

Bundan sonra o, Bakıya xəstəxanaya gətirilib və artıq evə də buraxılıb. Hələ də ağrılarının olduğunu deyən Kristiananın deyəsən Azərbaycanı gəzmək sevdasından əl çəkmək fikri yoxdur. Böyük və kiçikliyindən asılı olaraq getdiyi hər ölkədə bir neçə ay qalan səyyah deyir ki, gəzdiyi ölkələr içərisində ən çox sevdiyi Hindistandır. Amma Azərbaycanlıların da qonaqpərvərliyi onun xoşuna gəlib.

Onun bu qədər ölkəni gəzməsi heç də səbəbsiz deyil. Bir səbəbi 17 il öncə həyat yoldaşından ayrılmasıdırsa, digər bir səbəbi yaşadığı həyat tərzinin yeknəsaqlığı olub.

"Mən özümdən soruşdum ki, hardadır mənim həyatım? Fikirləşirdim ki, həyatım keçir, amma mən yaşamIram. Beləliklə mən hər şeyi - evimi, işimi tərk etdim və səyahətə çıxmağı qərara aldım” - deyə italyan turist Kristina Zaqar bildirir.

7 dil bilən Kristiana Zaqar Azərbaycan dilində ancaq salam və sağ ol sözünü bilir. Onun Azərbaycandan sonra növbəti səyahət edəcəyi ölkə isə Özbəkistan olacaq.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Digər Oxunub: 1653 Tarix: 25.07.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AxwamlaR
AxwamlaR 30.07.2014
Maraqli xeber idi ELISS.twk


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər