Əli Mirəliyev: Brilyant, sən hardan sənətkar oldun?

Əli Mirəliyev: Brilyant, sən hardan sənətkar oldun?"Özfəaliyyət səviyyəsində oxuyan müğənnisən".

Əli Mirəliyev orucluqda ağzını açdı, nə açdı. Müğənni Nadir Qafarzadənin bir neçə gün bundan öncə "kim mənə sənətkar deməsə, mikrofonu onun başında sındıraram" açıqlaması müğənnini özündən çıxarıb.

BiG.AZ Oxu.Az-a istinaden xəbər verir ki, ürəyini boşaldan şou-biznesin acıdil müğənnisi bu müsahibəsi ilə aləmi bir-birinə vuracaq. Mirəliyev necə qəzəblənmişdisə, Nadir yaddan çıxdı, düşdü o biri sənətçilərin üstünə, özü də hədəfi xalq artistləri oldu.

- Zamanında Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Qulu Əsgərov, Sara Qədimova kimi sənətkarlarla kolxozlarda, sovxozlarda konsertlər vermişik. Bu sənətkarlar, bir dəfə də olsun, özlərinə sənətkar demədilər. Mən bunun şahidi olmadım.

- Varmı indi belə sənətkarlar?

- İndi də var belə sənətkarlar, Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev, Akif İslamov, Aygün Bayramova, lap elə mən. Sağlığında insan özünə sənətkar deməz e. Rəhmətə gedəndən sonra deyəcəklər ki, Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev, Akif İslamov, Nisə Qasımova, Əli Mirəliyev sənətkar idi.

- Bəs kimlər sənətkar olmasa da, özünə sənətkar deyir?

- Biri elə Brilyant. Familiyası da yadımdan çıxdı e…Yadıma sal görüm.

- Dadaşova…

- Hə, Dadaşova. Bir mahnı oxuyur e, "Mən sənətkaram". Brilyant, sən hardan sənətkar oldun? "Qırmızı qərənfil" ansamblı, yəni özfəaliyyət səviyyəsində oxuyan müğənnisən. Sən nəyin, hansı sənətin sənətkarısan? Sənətkarlar heç özünə sənətkar demir, sən başlamısan ki, mən sənətkaram.

- Bunun günahı kimlərdədir sizcə?

- Kimdə olacaq, efirlərdə. Əvvəllər bir telekanal vardı, ora da hər adam çıxa bilməzdi. İndi hər gün bir telekanal açılır, mal vuran, iynəyə oturanlar da yığışır ora. Mahnıya bax də: "Hallana-hallana gəldim, sallana-sallana getdim". İynələnib çıxır efirə, hallanmağından danışır. Əəə, bunu efirə buraxandadır e günah. Hallanmısan qaxıl otur evində. Efirə çıxıb niyə musiqinin adına ləkə vurursan. Meyxanaçı qoyub adını, hallanmağından danışır. Xeyri yoxdur e, nə qədər danışıram, deyirəm. Yenə də elədiklərini eləyirlər.

- Bəs bunun qarşısını necə almaq olar?

- Eləsini efirə yaxın buraxmaq lazım deyil. Bir mahnı oxuyurlar, camaata yalvarırlar ki, əl çalsınlar. Sənətkar da özünə alqış istəyər? Mal vuran da efirə çıxar? Çoxu da xalq artistləridir, adlarını alıblar, arxayınlaşıblar. Mən də qalmışam qıraqdan baxa-baxa. Sizin kimi jurnalistlər mənə ağsaqqal kimi yaxınlaşıb məsləhət istəyirlər. Mən də danışıram, ağzımı açıram. Başlayırlar mənə hücum etməyə. Düz söz acı olur axı...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1179   Tarix: 24 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1715
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1085
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7778
.

Burak Özçivit yeni filmdə çəkiləcək

Məşhur aktyor Burak Özçivit yeni ekran işində rol alacaq. xəbər verir ki, "Kuruluş Osman" serialının Osmanı "Halit Bin Velid" adlı filmdə çəkiləcək. Yayılan məlumatlara görə, aktyor hazırda filmi çəkən şirkətlə razılığa gəlib. "Halit Bin Velid" filminin ssenarisi uzun müddə

17.04.2024 482
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 612
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 393
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 843
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1188
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 215