Cəbrailə düşmən olan kəs bilsin

Cəbrailə düşmən olan kəs bilsinMənbə: http://zikr.az

İbn Abbas rəvayət edir ki, yəhudilər Peyğəmbərin yanına gəlib dedilər: "Ey Əbul Qasim! Biz səndən beş şey barəsində soruşacağıq. Əgər soruşacaqlarımız haqda bizə doğru xəbər versən, sənin Peyğəmbər olduğunu yəqin edərik və sənə tabe olarıq. Peyğəmbər onlardan, Yəqubun öz övladlarından əhd aldığı kimi əhd aldı. Onlar: "Allah bizim dediklərimizə şahiddir!"– dedilər. Peyğəmbər: "Soruşun!"– dedi. Onlar dedilər: "Bizə peyğəmbərin əlaməti haqqında xəbər ver». Peyğəmbər dedi: "Peyğəmbərin gözləri yatsa da, qəlbi həmişə oyaq qalır». Onlar dedilər: "Ana bətnindəki uşağın hansı səbəbdən qız və ya oğlan olduğunu bizə de!" Peyğəmbər dedi: "Kişinin belindən və qadının köksündən gələn maye bir-birinə qarışdıqda kişidən gələn maye üstünlük təşkil etsə, oğlan, qadından gələn maye üstünlük təşkil etsə, qız olur». Onlar dedilər: "Yəqubun, nəyi özünə haram etdiyini bizə bildir!" Peyğəmbər dedi: "Yəqubun oturaq siniri ağrıyır və buna əlac tapa bilmirdi. Odur ki, dəvənin ətini və südünü özünə haram etdi". Onlar bu deyilənlərin doğru olduğunu təsdiqlədikdən sonra dedilər: "Bizə ildırım haqqında xəbər ver." Peyğəmbər dedi: "Bu, Allahın buludları idarə etmək üçün müvəkkil etdiyi mələkdir ki, əlindəki odlu qamçı ilə buludları dağıdıb, Allahın əmr etdiyi yerə aparır." Onlar: "Bəs eşidilən o gurultu nədir?"– deyə soruşdular. Peyğəmbər dedi: "Buludların dağılması nəticəsində çıxan səsdir." Onlar bu xəbəri də təsdiqlədikdən sonra dedilər: "Bizim bircə sualımız qaldı. Buna da düz cavab versən, sənə beyət edərik. Hər bir peyğəmbərə vəhyi gətirib çatdıran bir mələk var. Bəs sənə vəhyi gətirən kimdir?" Peyğəmbər: "Cəbraildir!"– dedi. Onlar dedilər: "Bizim düşmənimiz olan, əzab, ölüm və müharibə gətirən Cəbraili deyirsən?! Əgər rəhmət, bitki və yağış gətirən Mikaili desəydin, doğru olardı." Bu vaxt Uca Allah bu ayəni nazil etdi: "De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir" (əl-Bəqərə, 97).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3253   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836