700 bal toplayan abituriyentlər hansı ixtisasları seçəcəklər?

700 bal toplayan abituriyentlər hansı ixtisasları seçəcəklər?Adları ali məktəblərə builki qəbul imtahanlarında iştirak edən abituriyentlər arasında tanındı, məşhurlaşdı. Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 12-də ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplamış abituriyentlərdən gedir.

Bu 7 nəfər imtahanda iştirak etmiş 27735 abituriyentdən seçilməyi bacardılar. 5-i I, 2-si isə IV ixtisas qruplarında imtahan verib. Tezliklə ixtisas seçməli olacaqlar.

Bəs onlar 700 bal toplamış xoşbəxt abituriyentlər hansı ixtisası seçəcəklər? Şəkillərin sıralanmasına uyğun olaraq onların cavablarını təqdim edirik :Bakıdakı 287 nömrəli "Zəkalar" Liseyinin məzunu Nurlan QULUZADƏ:

- I ixtisas qrupunda ən yüksək nəticə göstərdim. İmtahanlara hazırlaşarkən məqsədim yalnız ən yüksək nəticə uğrunda çalışmaq idi. İxtisas seçimim mühəndislik olacaq.

***

Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin MƏMMƏDZADƏ:

- IV ixtisas qrupunda 700 bal toplayacağıma güvənirdim. Çox çalışırdım, buna nail oldum.
İxtisas seçimimdə tibbi ixtisaslara üstünlük verəcəyəm. Arzum xaricdə mükəmməl tibbi təhsilə yiyələnərək cərrah olmaqdır.

***

Türkiyə Dəyanət Vəqfinin Bakı Türk Liseyinin məzunu Fatimeyizəhra NƏBİZADƏ:

- I ixtisas qrupundan 700 bal yığmaqla ən yüksək nailiyyət qazandım. 3 ildir qarşıma məqsəd qoymuşdum ki, 700 bal toplayacağam. Məqsədimə də çatdım.
İxtisas seçərkən mexanika mühəndisliyinə üstünlük verəcəm. Xaricdə oxumağı düşünürəm.

***

Bakıdadakı Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İBRAHİMOV:

- I ixtisas qrupu üzrə 700 bal yığdım. Nəticəmdən çox sevinirəm. İxtisas seçimim yalnız Bakı Ali Neft Məktəbindən olacaq. Gələcəkdə neft mühəndis olmaq istəyirəm.

***
Bakıdakı "Dədə Qorqud" Liseyinin məzunu Məmməd HACILI:

- I ixtisas qrupundan 700 bal topladım, çox xoşbəxtəm. İxtisas seçimim Qafqaz Universiteti olacaq. Universitetin kompüter mühəndisliyi ixtisasında oxumaq istəyirəm.

***

Ağsu şəhər 1 nömrəli tam orta məktəbin məzunu Nicat QASIMOV:

- IV ixtisas qrupunda 700 bal toplayacağıma tam əmin idim.
Tibb Universitetinin müalicə işi ixtisasını seçmək istəyirəm. Gələcəkdə həkimlik peşəsinə yiyələnəcəyəm.

***

Bakıdakı 289 nömrəli orta məktəb - "Zəngi" Lseyinin məzunu Könül QURBANLI:

- I ixtisas qrupu üzrə 700 bal topladım. Hamı məndən ən yüksək bal gözləyirdi. Bunu bacardım. İxtisas seçərkən informasiya və kommunikasiya texnologiyaları mühəndisliyini seçəcəm. Seçimim ya "ADA" Universitetindən, ya da Bakı Ali Neft Məktəbindən olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7303   Tarix: 19 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 1020
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 804
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 297
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

23.04.2024 1748
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

23.04.2024 262
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 327
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 308
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 318
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

12:51 411