Cüdoçumuz İlqar Müşkiyev ermənini diz çökdürdü

Cüdoçumuz İlqar Müşkiyev ermənini diz çökdürdü
İlqar Müşkiyev qızıl medal qazanaraq Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
"JudoOnline.info"ya istinadən bildirir ki, Dünya Kubokunun ilk günündə tatami üzərinə 12 azərbaycanlı cüdoçu medallar uğrunda mübarizəyə qoşulub.

Onlardan yalnız -60 kq çəki dərəcəsində İlqar Müşkiyev ilk qarşılaşmasında erməni cüdoçusuna diz çökdürərək Azərbaycana yenidən sevinc hissini yaşatdı.

Belə ki, mübarizə aparan cüdoçumuz İlqar M. bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. İdmançımız müvafiq olaraq Ivanyan Qriqor ( Ermenistan) və Magers Adreys (Latviya) təmsilçilərini məğlub edib. Yarımfinalda Gürcüstan cüdocusu Asubani David üzərində inamlı qələbə qazanıb. Finalda isə Kossayev Yerkebulanini (Qazaxıstan) məğlubiyyətə uğradaraq Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sabah isə yarışın son günündə:

- 81kq

Alimli Rüstəm-Tsrikishvili Avtandil (Gürcüstan), Rzazadə Seymur-Alexios Ntanatsidis (Yunanıstan), Rəcəbli Elxan-Paata Gviniashvili (Gürcüstan), Səfquliyev Tural-Dawit Karbelashvili (Gürcüstan).

- 90kq

Qurbanov Ramin-Aleksey Emelyanov (Ukrayna), Qəhrəmanov Şahin-Qeorqiy Tsotsiaşvili (Gürcüstan), Nağıyev Kənan-Saba Gavashelishvili (Gürcüstan).

- 100kq

Emil Hüseynov-Revaz Chekoidze (Gürcüstan) ,Sain Məmmədov-Akramyan Marazykov (Qazaxıstan), Zaur Bağırov-Hakob Arakelyan (Ermənistan) idmançılarımız ilk rəqibləri ilə mübarizəyə qoşulacaqlar.

Yarışlar saat 10:00-da başlanır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 5639 Tarix: 31.01.2011
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər