Abituriyentlərin DİQQƏTİNƏ: TQDK-nın bu tövsiyəsini oxuyun! - MƏTN

Abituriyentlərin DİQQƏTİNƏ: TQDK-nın bu tövsiyəsini oxuyun! - MƏTNTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub

Komissiya tərəfindən bu ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimal müsabiqə şərtlərində dəyişiklik edilib.BiG.AZ İnterpress.az-a istinadən xəbər verir ki, TQDK müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərə müraciət edib.

Müraciətdə bildirilir ki, bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində I qrupda ümumi balı 250-dən, IV qrupda isə 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iyul ayının 24-dən avqustun 5-dək internetlə ixtisas seçimi ərizələrini təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər.

Abituriyentlər həmin vaxtadək öz ixtisas seçiminə bir daha nəzər salmalı, seçimlərini dəqiqləşdirməlidirlər. TQDK bu işdə onlara kömək məqsədilə bütün statistik məlumatları – ali təhsil müəssisələrinin ixtisaslarının plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasının saylarını, ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını ictimaiyyətə təqdim edib.

Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirik. Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eyni şeydir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti TQDK tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Tutaq ki, cari ildə I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 160 bal toplayıb. Lakin onun istənilən iki və ya daha çox fəndən nisbi balları 10-dan azdır. Bu halda mövcud müsabiqə şərtini yerinə yetirmədiyinə görə onun müsabiqədə iştirak etmək hüququ olmayacaq. Və yaxud I ixtisas qrupunda imtahan verən hər hansı abituriyent 260 bal toplayıb. Lakin onun istənilən bir fəndən nisbi balı 10-dan azdır. Bu halda o, dövlət sifarişli yerlərin müsabiqəsində iştirak edə bilməyəcəkdir.

Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 200 nəfər göstərib. Bu zaman həmin 200 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.

Biz abituriyentlərə, onların valideynlərinə ixtisas seçimi ərəfəsində yuxarıda qeyd olunan materillarla yanaşı, həmin materiallardan, təqdim olunmuş statistik məlumatlardan düzgün nəticə çıxarmalarına kömək məqsədilə aşağıda əlavə izah vermək istəyirik.

I ixtisas qrupu

Bu il I ixtisas qrupunda 12319 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə etmişdir. Bu qrupda qəbul aparılan plan yerlərinin sayı 12052 yerdən ibarətdir. (2013-cü ildə qəbul planı 11596 olmuşdur). Ötən illə müqayisədə qəbul planı 3.93 faiz artmışdır. Bu rəqəmlərdən də görünür ki, qəbul planı ilə müsabiqə iştirakçılarının sayı arasında elə də fərq yoxdur və düzgün ixtisas seçimi edən abituriyentlərin tələbə adını qazana biləcəyi şübhə doğurmur. Ancaq təcrübə göstərir ki, bəzi hallarda abituriyentlər müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymətləndirə bilmirlər.

Misal üçün son illər bu ixtisas qrupunda ən gərgin müsabiqə vəziyyəti Ali Neft Məktəbinin müvafiq ixtisasları üzrə olmuşdur. Bundan başqa bu qrupda neft-qaz mühəndisliyi, informasiya texnologiyaları üzrə olan ixtisaslara da yüksək keçid balları formalaşmışdır. Bu tendensiya son illər davam edir və cari ildə də müsabiqə zamanı onun təkrarlanacağına şübhə yoxdur.

Buna baxmayaraq, aşağı nəticə göstərən abituriyentlər həmin ixtisaslara qəbul olmaq şanslarının minimuma bərabər olduğunu bildikləri halda həmin ixtisasları öz ərizələrində göstərirlər. Hüquqi baxımdan buna hər hansı maneə yoxdur, lakin müsabiqə vəziyyətinin reallığını unutmaq da doğru deyildir.

Cari ildə ayrılmış qəbul planları ilə əlaqədar yeniliklərdən biri də odur ki, əksər ali məktəblər üzrə ötən ildən fərqli olaraq Azərbaycan və rus bölmələrinə birgə müsabiqə aparılmayacaqdır. Azərbaycan bölməsində plan yerləri ilə müqayisədə müsabiqədə iştirak edənlərin daha çox olması bir sıra hallarda eyni ixtisaslara rus bölməsi üzrə daha aşağı müsabiqə vəziyyətinin yaranacağını şərtləndirir. Odur ki, birgə müsabiqə aparılmayan ixtisaslarda rus bölməsində daha aşağı keçid ballarının formalaşacağını indidən proqnozlaşdırmaq olar.

Bu ixtisas qrupu üzrə aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Aqromühəndislik;
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi.

IV ixtisas qrupu

Bu qrup üzrə imtahan verən abituriyentləri iki hissəyə ayırmaq olar. Yüksək müsabiqə vəziyyətinin formalaşdığı tibb, biologiya istiqaməti və xüsusi qabiliyyət tələb edən fiziki tərbiyə və idman ixtisaslarına ərizə verən abituriyentlər. Təsadüfi deyildir ki, IV qrup üzrə imtahan vermiş 11229 nəfərdən 4771-i məhz fiziki tərbiyə və idman ixtisaslarının müsabiqəsində iştirak edənlərdir. Bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla 2941 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb və onlar 3467 plan yerinə qəbul olmaq şansına malikdirlər. Bu da onu deməyə əsas verir ki, IV qrupda müsabiqə vəziyyəti abituriyentlər üçün daha rahatdır. (Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul planı 1015 yerdir). Beləliklə IV qrupda daha sadə müsabiqə vəziyyətinin formalaşdığı məlumdur. Lakin bu qrupda ən yüksək müsabiqə vəziyyətinin olduğu tibb ixtisasları üzrə müsabiqə vəziyyətinin ənənəvi olaraq gərgin olduğunu da nəzərdən qaçırmaq olmaz. Çünki bu ixtisas qrupunda yüksək bal toplayan abituriyentlər ötən il olduğu kimi kifayət qədər çoxdurlar. Həmin ixtisaslara Azərbaycan və rus bölməsi üzrə birgə müsabiqə aparıldığından yüksək müsabiqə vəziyyətinin olacağını qətiyyətlə demək olar.

IV qrupda ayrılmış plan yerlərinin müəyyən hissəsi (520 yer) Azərbaycan Dövlət Aqrar Universitetinin müvafiq ixtisasları üzrədir. Bu ixtisaslar üzrə hazırda əmək bazarında yaxşı mütəxəssislərə ehtiyac olduğu halda, gənclər son illər bu sahədə oxumağa o qədər də meyil göstərmirlər. Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 150-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;

- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Baytarlıq;
- Ekologiya;
- Su bioehtiyatları və akvabitkilər;
- Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

Bəzi hallarda isə abituriyentlərin öz seçimləri əsasında qəbul olduqları ixtisas üzrə oxumaqdan imtina etməsini də müşahidə edilir: " Bu halların baş verməməsi üçün ödənişli ixtisasları seçənlərdən ailəsinin maddi durumunu, başqa regionda yerləşən ali məktəbi seçənlər isə oxuduğu müddətdə həmin şəhərdə yaşamaq imkanlarını ciddi götür-qoy etməlidirlər. Nəzərə alın ki, həmin yerə qəbul olub, sonradan imtina etdikdə oraya qəbul aparılmır və beləliklə burada oxumağa hazır olan digər şəxsləri də bu imkandan məhrum etmiş olursunuz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2632   Tarix: 18 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 459
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

21:30 0
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

19:30 185
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 354
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 386