İnanılmaz! Kişinin başından 133 iynə çıxarıldı - FOTO

İnanılmaz! Kişinin başından 133 iynə çıxarıldı - FOTOSivasda inanılmaz hadisə baş verib.

BiG.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, Sivasın Yunus Əmrə məhəlləsində yaşayan iki uşaq atası Mahmud Qılıç Yıldızeli rayonundakı kəndə bostan sulamağa gedib. Təqaüdçü olan Mahmud kişinin bostana getmək üçün mindiyi ulağa qəflətən arılar hücum çəkib. Ulağı arıların əlindən qurtarmaq istəyərkən özü arıların hədəfinə çevrilib.

Arılar onun başından sancmağa başlayıblar. Mahmud kişi zorla arıların əlindən canını qurtara bilib və evə qayıdıb. Qohumları kişinin vəziyyətinin yaxşı olmadığını görüb onu rayon xəstəxanasına çatdırıblar. Həkimlər onun başından 30, qulaq, göz və saqqal bölgəsindən isə 103, ümumilikdə ondan 133 arı iynəsi çıxarıblar.

Həkimə vaxtında çatdırılan kişinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, bəzi elm adamları tərəfindən arı sancmasının faydalı olduğu deyilsə də, bəzən arı sancmaları ölümlə də nəticələnə bilir.

İnanılmaz! Kişinin başından 133 iynə çıxarıldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2772   Tarix: 21 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040