Orucluq Bakıda sərxoşların sayını azaldıb?

Orucluq Bakıda sərxoşların sayını azaldıb?"Ramazan ayı olmasına baxmayaraq paytaxtda spirtli içkidən istifadə edib sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirilənlərin sayında kəskin azalma yoxdur"

BiG.AZ publika.az-a əsasən bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, Ramazan ayında sərxoş vəziyyətdə xəstəxanaya gətirilənlərin sayı nisbətən azalsa da hələ də gün ərzində 5-6 nəfər sərxoş gətirilir: "Əvvəllər gün ərzində Bakının müxtəlif rayonlarından 10-a yaxın sərxoş gətirilirdi. Son 20 gündə bu say 5-6 nəfərə qədər azalıb. Bu da yəqin ki Ramazan ayı ilə əlaqədardır. Amma orucluqda da hər gün sərxoşları gətirirlər, kəskin azalma hiss edilmir".

Sərxoşların əsasən kişilər olduğunu deyən şöbə müdiri gecə barlarından gənc yaşda qızların da sərxoş vəziyyətdə xəstəxanaya yerləşdirildiyini vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1048   Tarix: 17 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040