"Qədr gecəsi" surəsinin izahı

"Qədr gecəsi" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
əl-Qadr (Qədr gecəsi) surəsinin izahı

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
Uca Allah bu ayədə "Biz" dedikdə, Öz əzəmətini və ucalığını bildirir. O, Qurani Kərimdə bu ayədə olduğu kimi bəzən Özünü əzəmətləndirərək "Biz" deyə zikr edir. O buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9).
Bəzən də Öz təkliyini bildirərək "Mən" deyə zikr edir. Uca Allah buyurur: "Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Taha, 14).
Bu ona görədir ki, Allah həm təkdir, həm də əzəmətlidir. O ayələrdə ki, Uca Allahın sifətləri zikr edilir, həmin ayələrdə əzəmət bildirən əvəzlikdən istifadə olunur. Həmçinin, o ayələrdə ki, söhbət Uca Allahın təkliyindən gedir, həmin ayələrdə təkdə olan əvəzlikdən istifadə olunur. Allah təala Quranı Qədr gecəsində nazil etmişdir. Bu o deməkdir ki, Quran Qədr gecəsində nazil olmağa başlamışdır. Qədr gecəsi Ramazan ayındadır. Allah təala buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir" (əl-Bəqərə, 185). Bu və yuxarıda qeyd olunan ayələri cəm etdikdə Quranın Ramazan ayında, Qədr gecəsində nazil olması sübüt olunur. Qədr sözü şərəf, həmçinin, təqdir deməkdir. Çünki, Qədr gecəsi şərəfli, qədir-qiyməti böyük olan bir gecədir. Həmçinin, o gecə bir illik qədər təqdir edilir. Sonra Allah buyurur:

Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
Ayədəki sualın bu cür qoyuluşu haqqında soruşulan ismin əzəmətli olduğunu bildirir. Qurani Kərimdə bu cür cümlələrə çox rast gəlmək olur. Məsələn, başqa bir ayədə belə deyilir: "Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar. Axı sən onu haradan biləsən?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən" (ən-Naziat, 42-45).
Yəni sən Qədr gecəsinin şərəfini və əzəmətini haradan biləsən. Sonra Uca Allah bunu açıqlayaraq buyurur:

Qədr gecəsi min aydan xeyirlidir
Bu cümlə əvvəlki ayədəki sualın cavabıdır. Bu ayədə "xeyirlidir" dedikdə Qədr gecəsində edilən yaxşı əməlin mükafatı nəzərdə tutulur. Həmçinin, Qədr gecəsində Uca Allahın müsəlmanlara xeyir-bərəkət nazil etməsi nəzərdə tutulur. Sonra Allah təala o gecədə baş verənləri bildirərək buyurur:

O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər
Qədr gecəsində mələklər tədriclə yerə enirlər. Mələklər yeddi qat səmanın sakinləridir. Ona görə də onlar yer üzü dolana qədər tədriclə yerə enirlər. O gecə mələklərin yerə enmələri Allahın mərhəmətinin, xeyir-bərəkətinin yerə nazil olmasını bildirir. Belə ki, mələklərin bir yerə daxil olmaqdan imtina etmələri həmin yerin xeyir-bərəkətdən uzaq olmasına dəlalət edir. Məsələn, Peyğəmbərin səhih hədislərində xəbər verilir ki, mələklər it və surət olan yerlərə, yəni insan və heyvan şəkli və ya heykəli olan yerlərə daxil olmazlar. Odur ki, olduğunuz yerlərə surət qoymaqla mələklərin daxil olmalarına maneçilik törətməyin!
Həmçinin, bu ayədə Ruhun, yəni Cəbrayıl adlı mələyin enməsi bildirilir. Uca Allahın onu burada xüsusi qeyd etməsi onun şərəf və fəzilətini bildirir.

O gecə sübh açılanadək əmin-amanlıq olur
O gecə mələklərin yerə enməsi sübh açılanadək davam edir. Dan yeri söküləndə isə Qədr gecəsinin vaxtı bitir. Qədr gecəsinin "salam" (əmin-amanlıq) olaraq vəsf edilməsi, o gecəni ibadətlə keçirənin günahlardan və Allahın cəzasından salamat olmasına görədir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Kim Qədr gecə­sin­i imanla və mükafatını Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş gü­nah­ları bağışlanar". (əl-Buxari, 35). Şübhəsiz ki, günahların bağışlanması cəzadan salamat olmaq deməkdir.
Qədr gecəsi Ramazan ayının hansı gecəsidir?

Qədr gecəsi Ramazan ayının axır on gecəsindən biridir. Peyğəmbər demişdir: "Qədr gecəsini rama­zanın son on gecəsinin tək gecələrində – ayın axırına doqquz, yaxud yeddi, ya­xud da beş gecə qalmış axtarın." (əl-Buxari, 2021).
Həmçinin, rəvayət edilir ki, Əbu Səid demişdir: "Biz Peyğəmbərlə birlikdə rama­zan ayı­nın orta on gününü (məsciddə etikaf etdik). İyirminci günün səhəri o, min­bərə qalxıb xütbə verdi və dedi: "Qədr gecəsinin nə zaman olacağı mənə gös­tə­rildi, sonra isə bu mənə unutduruldu. Siz onu son on günün tək gecələrində axtarın. Mən yuxuda su və palçıq üzərinə səcdə etdiyimi gördüm. Kim Allahın Elçisi ilə etikaf etmişdirsə, (etikafını davam etməyə) qayıtsın." Beləlik­lə, biz eti­ka­fımızı davam etdik. Həmin gecə göydə bir dənə də olsun bulud yox idi. Bir­dən başımızın üstünü bulud­lar aldı və elə gur yağış yağdı ki, hətta məs­ci­din xurma budaqlarından düzəldilmiş tavanı belə dammağa başladı. Sonra na­maz üçün iqamə verildi. Mən Peyğəmbərin su və palçıq üzərinə səcdə et­di­yi­ni, hətta alnındakı palçığın izini də gördüm. (əl-Buxari, 2016). Bu hədisdə bildirilir ki, Peyğəmbərə Qədr gecəsinin iyirmi birinci gecə olduğu yuxuda göstərilmişdir.
Həmçinin, İbn Ömər rəvayət edir ki, Peyğəmbərin əshabələrindən bir neçəsi yu­xuda Qədr gecəsinin ramazan ayının axır yeddi gecəsindən birində olacağını gör­dülər. Onda Peyğəmbər buyurdu: "Görürəm, qədr gecəsi­nin son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir-birinə uyğun gəlir. Odur ki, qoy bu gecəni axtaranlar son yeddi gecədə axtarsınlar." (əl-Buxari, 2015).
Yəni həmin ildə son yeddi gecədə axtarsınlar. Lakin qalan illərdə isə on gecədə axtarsınlar. Çünki Qədr gecəsi təyin edilməmişdir. Ona görə də, məsələn, Qədr gecəsi bu il Ramazan ayının iyirmi yeddinci gecəsi ola bilər, gələn il iyirmi birinci gecəsi, növbəti il isə iyirmi beşinci gecəsi ola bilər və beləcə hər il yerini dəyişə bilər. Uca Allahın Qədr gecəsinin hansı gecə olduğunu bildirməməsinin aşağıdakı iki böyük faydası vardır:
Birinci fayda: Onu axtarmaqda sadiq olanla tənbəllik edənin aşkar olunması. Çünki Qədr gecəsini axtarmaqda sadiq olan ona yetişmək üçün on gecəni ibadət edərək yorulmağına əhəmiyyət verməz. Tənbəllik edən isə bir gecəyə yetişmək üçün on gecəni ibadətlə keçirməyə tənbəllik edər.
İkinci fayda: Müsəlmanların çoxlu xeyir əməllər edərək böyük savablara nail olmaları. Çünki xeyir əməlləri çoxaltdıqca, savablar da artır.
Sonda isə Uca Allahdan hər bir müsəlmana Qədr gecəsinə yetişməyi, Allahın mərhəmətinə və xeyir-bərəkətinə nail olmağı diləyirəm!


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 8492   Tarix: 16 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822