Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTO

Dünyanın ən yaxşı futbolçuları siyahısında ilk pillələrdə yer alan "Real Madrid" futbol klubunun portuqaliyalı ulduzu Cristiano Ronaldonu yəqin ki, tanımayan yoxdur.
Bu futbolçunun vurduğu qollar, oynadığı matçlar qədər həm də özəl həyatı haqqında da manşet xəbərlər hazırlanır.
Digər futbolçular da zəngin həyat yaşayırlar. Amma heç biri Ronaldo qədər ön planda deyil.
Niyə Ronaldo ön plandadır? Ronaldo nə qədər pul qazanır və qazandıqlarını haraya xərcləyir, futbolla necə tanış olub?
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTOCristiano Ronaldonun əsl adı…

Cristiano Ronaldo adı ilə tanınan futbolçunun əsl adı Cristiano Ronaldo Dos Santos Aveirodur. Cristianonun ikinci adının Ronaldo olaraq qoyulmasının səbəbi keçmiş ABŞ prezidenti Ronald Reyqanla bağlıdır. Ronald Reyqan məşhur futbolçunun atasının ən sevdiyi şəxs olub.
Cristiano Ronaldonun ən populyar ləqəbi CR7-dir. Bunun yanında futbolçuya Cris, Ron, Ronnie və The Sultan Of The Stepover kimi adlar da verilib.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldonun təhsili…

Məşhur futbolçu Cristiano Ronaldo əslində savadsızdır. Orta məktəbdə dərs zamanı stulu yerə sərt şəkildə çırpdığı üçün məktəbdən qovulub. Müəllimləri tərəfindən sevilməyən, amma yoldaşları tərəfindən sevilən bir şagird olub.
Cristiano Ronaldo məktəbdən uzaqlaşdırıldıqdan sonra bir daha həmin məktəbə geri dönməyib. Valideynləri də ona dəstək olublar. Futbola həvəsi olduğunu gördükləri üçün ona bu yolda köməklik ediblər.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldonun ailəsi…

Məşhur oyunçu ailəsinin 4 övladından biridir. Ronaldodan başqa ailənin 1 oğlu və iki qızı var. Ronaldonun anasının adı Maria Dolores dos Santos Aveirodur və o, əvvəllər aşpaz olaraq çalışıb.
Ronaldonun atasının adı Jose Dinis Aveirodur. Jose Dinis Aveiro bələdiyyədə bağça işləri ilə məşğul olub. İçki problemi olan Jose, Ronaldo 20 yaşında ikən yəni 2005-ci ildə pis həyat şərtlərindən ötəri vəfat edib. Ronaldonun bacıları Alma və Liliana Catiadır. Böyük qardaşının adı isə Hugodur.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldonun unudulmaz xatirəsi…

Uşaq vaxtlarında «Anrodinha» klubunun ulduzu olan Cristianonun unudulmaz xatirələrindən biri də belədir. Ronaldo bir matçın ilk hissəsində etdiyi "hat-trick"lə komandasını 3-0 önə keçirir.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTOAncaq ilk hissənin son anlarında başına aldığı zərbə alır və zədələnir. Dərhal dövrə arasında xəstəxanaya götürülür. Başındakı sarğı ilə geri döndüyündə komandasının matçı 4-3 itirdiyini öyrənən Ronaldo ağlamağa başlayır.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTOBorc pulla Lissabon gedib, ulduz oldu

Seçilməsi üçün Ronaldonu "Sportinq" klubuna göndərmək istəyirlər. Amma ailəsinin maddi durumu buna imkan vermir. Borc pul toplayaraq, Ronaldonu təkbaşına Lissabona göndərirlər. "Sportinq" təmsilçilərinin Ronaldonu tanımaları üçün onun yaxasına yazı yapışdırırlar. Çünki ailəsi, maddi durumlarının zəif olması ucbatından onunla birgə gedə bilməmişdi.
"Sportinq" kulubu tərəfindən bəyənilən 12 yaşlı Ronaldo bu klubda oynamaq üçün ailəsi ilə birlikdə Lissabona köçür. Ev həsrəti çəkən və digər uşaqlar tərəfindən Madeiralı şivəsi səbəbi ilə lağ mövzusu olan Ronaldo ilk zamanlarında olduqca çətinlik çəkir. Sonralıqca bütün bu hissləri geridə qoyur və karierasında addımlar atmağa başlayır.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTOBeləcə Ronaldonun karyerası başladı

Ronaldo "Sportinq"in gənc oyunçularının təhsil aldığı Alcochete futbol məktəbinə qatıldı. 1 mövsüm içində Sporting U-16, U-17, U-18, B komandası, və A komandasında oynayan ilk və tək oyunçu oldu. İlk çıxdığı matçda "Moreirense" komandasına 2 qol atdı. Bundan əlavə Avropa 17 yaşaltı Futbol Çempionatında da oynayırdı.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldo 15 yaşında olarkən ona futbolu buraxmağı məcbur edə biləcək bir ürək döyüntüsü diaqnozu qoyuldu. "Sportinq" klubu işçiləri bu vəziyyətdən xəbərdar edildi və anası Ronaldonun xəstəxanada yatması üçün razılıq verdi. Xəstəxanada ikən, ürəyindəki problemə səbəb olan bölgə bir lazer əməliyyatı ilə yandırıldı.
Əməliyyat səhər başladı və Ronaldo günortadan sonra xəstəxanadan buraxıldı. Yalnız bir neçə gün sonra məşqlərə davam etdi.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTO16 yaşında olarkən «Liverpul» onu qəbul etmədi

16 yaşında ikən o zamanlar Liverpulun baş məşqçisi olan Gerard Houllier tərəfindən bəyənildi, amma Liverpul Ronaldonun hələ çox gənc olduğunu və qabiliyyətlərini inkişaf etdirməsi lazım olduğuna qərar verdi. Onu komandaya qəbul etmədilər.
2003-cü ilin yazında Lisbonda Estadio Jose Alvalade stadının açılış matçında, "Sportinq Lissabon"un "Manchester United"i 3-1 məğlub etdiyi matçda Ronaldonun oyunu "Manchester United"in baş məşqçisi Alex Fergusonun diqqətini çəkdi.
Ronaldonun performansı "Manchester United"in futbolçularına da təsir etdi və Alex Fergusona Ronaldonu transfer etməsi üçün təkid etdilər.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTO«Manchester United» karierası

Ronaldo Manchester Unitedə transfer oldu və komandanın ilk portuqaliyalı oyunçusu oldu. Ronaldonun transferinə 12.24 milyon sterlinqə ödənildi. Ronaldo, daha əvvəl Corc Best, Bryan Robson, Eric Cantona, David Beckham kimi futbolçuların geydiyi 7 nömrəli formadakı gözləmələrin yarada biləcəyi təzyiqləri istəmədiyi üçün 28 nömrəli formanı seçdi ("Sportinq"də geydiyi forma nömrəsi 28 idi.)
Ronaldo 28 nömrəli forma ilə bağlı bunları demişdi: «Manchesterə gəldiyimdə baş məşqçi hansı nömrəli formanı geymək istədiyimi soruşdu. 28 nömrə dedim. Amma Ferguson : "Xeyr, 7 nömrəni geyəcəksən və bu məşhur forma sənə əlavə bir motivasiya qaynağı olacaq". Belə bir şərəfə çatmağa məcbur buraxıldım «
Bundan sonra ulduzu parlayan Ronaldo, İspaniyanın Kral klubu olan "Real Madrid"ə transfer oldu. Bu transfer bütün dünyada səs salır. Çünki Ronaldo üçün rekord bir məbləğ ödənilmişdi. Müqaviləsindəki sərbəst qalma ödənişi 1 milyard dollardır.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldo dünyanın ən varlı oyunçular arasındadır

Cristiano Ronaldo ötən il 44 milyon dollar qazandı. Hazırda dünyanın ən zəngin 10 idmançısı arasında yer alır. Onun 2018-ci ilə qədər "Real Madrid" klubu ilə müqaviləsi var və illik maaşı 23 milyon dollar təşkil edir.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTODünyanın ən çox maaş alan futbolçularındadır. Haradasa bir o qədər də (21 milyon dollar), sponsorlardan pul qazanır.
"Nike"la bağladığı yeni sponsorluq müqaviləsinə görə, ildə 8 milyon dollar alacaq. Ayrıca Herbalife, Clear, Castrol, Samsung kimi firmalarla da sponsorluq razılaşması var.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldonun şəxsi həyatı

Şəxsi həyatında da qazandığı pulun haqqını verir. Rus model İrina Shayk ilə 4 ildir ki, birlikdədirlər.
İrina da öz karierində olduqca müvəffəqiyyətlidir. «Herakl» filmində rol alaraq ağ pərdəyə ilk addımını atdı. Birlikdə bütün dünyanı gəzirlər.
Əsasən narahat edilməmək üçün istirahət məqsədi ilə bir o qədər də tanınmadıqları Amerikanı seçirlər.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTORonaldonun avtomobilləri

Avtomobillər Ronaldonun digər bir hobbisidir … — "Lamborgini Aventador".
2009-cu ildə 320.000 dollara satın aldığı Ferrari ilə Manchesterdə qəza törətdi. Amma qəzadan yüngül xəsarətlə xilas oldu. Eyni zamanda Bentley, Porshe, Mersedesdən ibarət kolleksiyası da var.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTODəbə uyğun yaşam tərzi…

Madriddə 7 Milyon Dollarlıq bir villada yaşayır. Eyni zamanda dəbli geyimləri də sevir.
"Armani" şirkəti üçün modellik etdi və yaxında öz adı ilə bir alt paltarları kolleksiyası çıxacaq.
Jacob & Co saatları ilə də bir razılaşması var. Markanın 160.000 dollarlıq saatlarından istifadə edir.

Yardımsevər Ronaldo…

Bütün bunlardan əlavə Ronaldo həm də xeyriyyəçidir. Futbol karierasına başladıqdan bu vaxta qədər etdiyi yardım sevər hərəkətləri ilə hər kəsin qəlbini fəth edib. Cristiano Ronaldo, 2010-2011 mövsümündə Avropa qitəsinin ən çox qol vuran oyunçusu oldu və "qızıl ayaqqabı"nı qazandı.
Ronaldo bu mükafatın bir açıq artırmada satılmasına icazə verdi və əldə edilən təxminən 1,5 milyon avroluq qazancı fələstinli uşaqlara bağışladı. Bundan əlavə Ronaldo, 66 ölkədən 167 məktəbə də yardım edir. Xeyriyyə işləri bunlarla bitmir. Bundan əlavə Ronaldo, ispaniyanın Toledo şəhərinin Villaluenga de la Saqra mahalında beyin xərçəngi diaqnozu qoyulan körpənin 60 min avroluq müalicə xərclərini ödəyib və bu ilk dəfə deyil.
Ronaldo: Borcla paytaxta gedib, zəngin ulduz olan yardımsevər savadsız… — FOTOSosial şəbəkələrdə də ilk yerlərdədi

Cristiano Ronaldo Twitter, Facebook kimi sosial şəbəkələrdə ən çox izlənilən 5-ci adamdır. Cristiano Ronaldonun önündəki adlar Justin Bieber, Lady Gaga, Rihanna və Katy Perrydir.
Ötən il dünyanın ən yaxşı oyunçusu adını 2-ci dəfə qazandığı zaman Ronaldo göz yaşlarını saxlaya bilmədi. Çünki bir zamanlar futbol ayaqqabısı almaq üçün pulu olmayan Ronaldo, indi milyonlar sahibi idi və dünyanın ən yaxşı oyunçusu adını 2-ci dəfə qazanırdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8157   Tarix: 14 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659