Saxta nəzəriyyənin süqutu

Saxta nəzəriyyənin süqutuMənbə: http://zikr.az

Təkamül nəzəriyyəsinin darvinsayağı izahı 1. Təbii seçmə: zəif fərdlər ətraf mühitin dağıdıcı amillərinin təsiri ilə məhv olur və yalnız güclü fərdlər qala bilir. Darvinistlərin görüşünə görə təbii seçmə ətraf mühitə daha çox uyğunlaşa bilən orqanizmlərin qorunub qalmasıdır. Güclü və sağlam fərdlər qalaraq öz güclü xüsusiyyətlərini irsən ötürür. Zaman keçdikcə güclü xüsusiyyətlər birləşərək yeni xüsusiyyətləri əmələ gətirir. Bu cür təkamül orqanizmlərin qazandıqları xüsusiyyətləri sayəsində onların daha çox inkişaf edən varlıqlara təkamül etməsinə imkan verir. 2. Cinsi seçmə isə erkəklərin və dişilərin daha güclü fərdlərlə cütləşməyə meyl etməsi sayəsində meydana gəlir. Beləcə daha güclü fərdlərin xüsusiyyətləri irsən keçir, zəif fərdlərin xüsusiyyətləri isə yox olur. Çünki, digər orqanizmlər onlarla cütləşməyə meyl etmirlər. 3. Hər bir yeni xüsusiyyət irsən keçir. Təkamül nəzəriyyəsinin darvinsayağı izahının təkzib edilməsi 1. Darvinə görə təbiətdə təbii seçmə qanunu vardır. Bu qanuna əsasən canlı varlıqlar məhv olur və yalnız ətraf mühitə uyğunlaşa bilən orqanizmlər öz xüsusiyyətlərini irsən ötürərək qalır. Güclü xüsusiyyətlər yığılaraq yeni növlərin yaranmasına gətirib çıxardır. Bizim görüşümüzə görə təbiətdə zəif və güclü bütün canlılar məhv olur, çünki Allah bütün canlıları öldürür. Bu qanuna müqabil başqa qanun – həyatı qoruma qanunu vardır. Bu qanuna həm ətraf mühit, həm də bütün canlı varlıqlar tabedir. Allah həyatı və onu qoruyan həyat amillərini də yaratmışdır. Ona görə də biz görürük ki, günəş, dəniz, külək, yağış, bitkilər, qravitasiya və çoxlu digər amillər insanın və başqa canlıların həyatının qorunmasını təmin edir. Ətraf mühitin dağıdıcı amillərini nəzərə almaq və həyatı qoruyan amilləri isə nəzərdən qaçırtmaq düzgün fikir ardıcıllığını pozur. Həyatı məhv edən qanunlarla yanaşı onu qoruyan qanunlar da vardır və onların hər biri müəyyən vəzifə icra edir. Əgər külək, göy gurultusu, istilik, sel, tufan və s. kimi təbiət hadisələri insanlara və onların həyat fəaliyyətinə zərər verməyi, məsələn onları kor etməyi və ya evlərini dağıtmağı bacarırsa, onda bu şüursuz təbiət hadisələrinin görmə qabiliyyətini və dağılan evləri bərpa etməsini güman etmək ağılsızlıq olardı. Sağlam düşüncə təbiət hadisələrinin dağıntı və ölümə gətirib çıxartdığını qəbul edir, lakin sağlam düşüncə bu ecazkar dünyanın necə yaranmasını, varlıqların xarici görünüşü və quruluşu necə qazanmasını, bu mükəmməl nizamın haradan meydana gəlməsini təbiət hadisələri ilə izah etməkdən imtina edr. Canlı varlıqların hər bir orqanı mükəmməl görünüşə və düşünülmüş quruluşa malikdir, onun bütün hissələri mükəmməl və ecazkar tərzdə birləşdirilmişdir. Onun funksiyaları digər orqanların fəaliyyəti ilə əlaqəlidir. Bu kamilliyin və ecazkar nizamın kor-təbii hadisələrin nəticəsində meydana gəldiyini bəyan etmək yolverilməzdir. Cəmaləddin əl-Əfqani "ər-Radd aləd-dəhriyyə" (Materialistlərə cavab) adlı məqaləsində bu nəzəriyyəni tənqid edərək belə yazır: "Mən soruşmaq istəyirəm: maddənin hər bir hissəciyi başqa hissəciklərdən ayrı ola-ola onların məqsədini necə bilmişdir? Hər bir hissəcik digərlərinə öz məqsədini hansı üsulla xəbər vermişdir? Bu gözəl quruluşa malik olan dünyanın yaradılması üçün hansı parlament, senat və ya hansı ağsaqqallar şurası toplanmışdır? Yumurtada olan hissəciklər haradan bildi ki, onun içindən dənlə qidalanan, dimdiyi olan quş çıxmalıdır?" Darvinin təbbi seçmə adlandırdığı prinsip insan həyatını məhv edir. Bu prinsip zalımların - istər ayrı-ayrı şəxslər və ya dövlətlər olsun - fəaliyyətlərinə bəraət qazandırır. Zəiflər deyil, məhz zalım hökmdarlar insanların mülkiyyətini müsadirə edir, insanlara zülm edir, müharibələr yaradır və sui-qəsdlər hazırlayırlar. Bu haqsızlıqları edərkən onlar elə güman edirlər ki, Darvinin təbbi seçmə qanunu adlandırdığı təbiət qanunlarının birinə əsasən hərəkət edirlər. Bu zənn onları müstəmləkəçiliyin ən eybəcər təzahürlərinə gətirib çıxartdı. 2. Güclü fərdlərin cütləşmə yolu ilə güclülərin qalmasına və zəiflərin məhv olmasına gətirib çıxarmasını nəzərdə tutan təbbi seçməyə gəlincə, bu, növlərin təkamülünə dəlalət etmir. Bu ancaq o deməkdir ki, bir növün fərdləri arasında daha güclü olanlar qalır, zəif olanlar isə məhv olur. Əgər kimsə təkamülün yalnız ayrı-ayrı fərdlərə şamil edildiyini deyərsə, bu, onların cinsi meyllərini aşağı salır. Çünki, erkəklərlə dişilər arasında olan fərqlilik artdıqca aralarındakı cinsi meyl etmə də zəifləyir. Darvinin zamanından yüz il keçdikdən sonra məşhur bioloq Dvayer Zanski 1958-ci ildə bunu bəyan edərək belə yazmışdır: "Zahiri fərqlilik cinsi meyli azaldır və fərdlərlə növlərin arasındakı fərq nə qədər böyük olarsa, bir o qədər də onların bir-biri ilə cütləşməyə meyli azalır. Ona görə də hər hansı bir fərdin kamil xüsusiyyətlərinin irsən keçdiyni təsdiq etmək doğru deyildir. Məsələn, fiziki cəhətdən güclü dəmirçi əzələ gücünü öz nəslinə ötürmür, eləcə də dərin biliklərə sahib olan alim biliklərini övladlarına irsən ötürmür. 3. Bəzi xüsusiyyətlərin təsadüf nəticəsində qazanılaraq irsən keçdiyini iddia etmək müasir genetika tərəfindən təkzib edilir. Genlərdə olmayan hər bir xüsusiyyət sonradan qazanılan adlanır və həmin xüsusiyyət gələcək nəsilə irsən keçə bilmir. Bu sahədə görkəmli alim Professor Nabil Corc belə yazır: "Bu səbəbdən təbbi seçmə təkamül nəzəriyyəsini izah edə bilmir. O ancaq ətraf mühitə uyğunlaşa bilməyən fərdlərin məhv olmasını və növ daxili bəzi xüsusiyyətlərin yayılmasını izah edir. Təkamül tərafdarları demək istəyirlər ki, gözü olmayan bir heyvanda hansısa şüaların təsiri ilə gözlənilmədən gözləri əmələ gəlmişdir. Alimlər sübut etmişlər ki, rentgen şüaları genlərin kəmiyyət dəyişikliyinə təsir göstərə bilir, amma bu dəyişikliklər mövcud olan genlərdə meydana gəlir və bunun nəticəsində yeni heç nə əmələ gəlmir. Meymunun və insanın genlərinin sayı fərqlidir. Şüalanma ancaq mövcud olan genlərə təsir edir. Şüuru və düşüncə qabiliyyəti olmayan bu şüalar insanı meymundan və bütün digər heyvanlardan fərqləndirən şüuru yaratmağa qadir deyildir. Şüalanma genə müsbət təsirdən çox radioloji şüalanmada olduğu kimi dağıdıcı təsir göstərir. Lakin Darvin nəzəriyyəsi təkcə genetika elmi ilə deyil, həm də həyat təcrübəsi ilə təkzib edilir. Yəhudilər və onlardan sonra gələn müsəlmanlar oğlan uşaqlarını sünnət edirlər. Buna baxmayaraq onların uşaqları sünnət olunmadan dünyaya gəlirlər. Elm inkişaf etdikcə, Darvin nəzəriyyəsinin yanlış olmasının sübutları artır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3169   Tarix: 13 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062