Qatil uşaqlar haqda müdhiş faktlar - FOTO

Qatil uşaqlar haqda müdhiş faktlar - FOTOMəsum və qayğıya möhtac uşaqların nə vaxtsa cinayət törədəcəyi qətiyyən inandırıcı deyil. Ancaq yetkin insanların belə cəsarət etməyəcəyi vəhşiliklərə imza atan qatil uşaqlar var imiş. BiG.AZ saytı Axar.az saytına istinadən xəbər verir ki, azyaşlı uşaqların törətdiyi, insanın qanını donduran cinayətlərlə bağlı müdhiş faktları təqdim edir: 11 yaşlı qatil milyonçu və… Mari Bel. O, İngiltərə tarixinin ən azyaşlı qatilidir. 1968-ci ilin mayında, 11 yaşında ikən qaldığı yetimxanada Martin adlı 4 yaşında bir körpəni boğaraq öldürür. Bunu qətli 13 yaşlı bir dostu ilə törətdikdən sonra bütün izləri silir, ətrafı təmizləyir və dostlar uzun müddət cinayətdən yayınmağı bacarırlar. Bu olaydan sonra 3 yaşlı başqa bir uşağı işgəncə ilə öldürürlər. Marinin yaşı az olduğuna görə uşaq koloniyasına göndərilir. 23 yaşına qədər orada qalan Mari sonradan həyatından bəhs edən kitab yazır və bu sayədə milyonlar qazanır. Həbsdə ölən "uşaq" Barri Deyl adlı uşaq isə tarixdə Maridən heç də geri qalmır; bu uşaq 1996-cı ildə kovboy üslubunda geyinib, məktəbə gəlir, riyaziyyat sinfinə girərək gülləboran edir, iki şagird və bir müəllim həyatını itirir. Bu, Amerika tarixində məktəbdə baş verən ilk silahlı faciədir. Hadisədən sonra o məhkəmə qarşısına çıxarılır və nə az, nə çox 205 il cəza alır. "Öldürmüş ola bilərəm" İndisə Jesi Pomeroyla tanış olaq. 11 yaşlı bu cani özündən yaşca balaca 4 uşağı qaçırır, işgəncə verir. İslah evinə göndərilən Pomeroy 21 yaşına qədər orada cəzasını çəkir. Azadlığa qovuşan Pomeroy cinayətkar əməllərinə son qoymur. Əvvəl kiçik bir qızı, sonra 4 yaşında bir uşağı işgəncə ilə öldürür. Polislər onu cinayətdə şübhəli olduğu üçün həbs etdikləri zaman cinayəti onun törədib törətmədiyini soruşurlar. Cavab isə belə olur: "Öldürmüş ola bilərəm". Ömür boyu həbs cəzası alan Pomeroy 72 yaşında həbsxanada ölür. Ən qəddar uşaqlıq dostları Con Venables və Robert Tompsonun yetkin insanlardan daha qəddar olduqlarını deyə bilərik. Con və Robert 2 yaşlı uşağı anasının bir neçə saniyəlik fikrinin yayınmasından istifadə edərək qaçırırlar. Bu zaman onların hər ikisinin cəmi 10 yaşı olur. Qatil dostlar əvvəlcə 2 yaşlı uşağı döyür, işgəncə ilə onu öldürdükdən sonra qatar reyslərinin üzərinə qoyaraq qaçırlar. Daim əhvalsız olduğu üçün öldürülən uşaq 10 yaşlı Vilyam York isə həmyaşıdını xoşagəlməz və daim əhvalsız olduğu üçün öldürür. Qatilə ölüm cəzası verilməsinə baxmayaraq, yaşı az olduğu üçün edam etməyə cəsarət etməyən məhkəmə onu bağışlayır və donanmaya göndərir. Ölkəsindən çox uzaqlara göndərilən 10 yaşlı qatil ömrünün sonuna qədər orada qalır. Bu cəzanı bağışlanmayan və necə cəza verməli olduqlarını bilmədikləri şəxslərə tətbiq edirlər. Qızılı rəngli və eynəkli qatil Erik Smit 13 yaşı olanda 4 yaşlı körpəni qaçırır. Yazıq uşağa işgəncə verib öldürən Erik tək başına belə bir cinayət işləyən ilk uşaqdır. Ömür boyu həbs cəzasına məhkum edilən Erikin bu qədər vəhşi olmasına səbəb saçlarının qızılı rəngdə olması və böyük eynəklər taxdığına görə hər kəsin onu tez-tez alçaltmasıdır. Filmlərdəki cinayəti 6 yaşlı qızın üzərində sənayan qatil Eriklə qətllər bitmir. 12 yaşlı Lionel Tatdan danışaq. O, anasının dayəlik etdiyi 6 yaşlı qızı öldürür. Lionel ifadəsində baxdığı filmlərdə gördüyü döyüş səhnələrini təqlid etdiyini açıqlayır. Ancaq tez-tez ifadəsini dəyişir. Ömürlük həbsə atılsa da, 10 il sonra azadlığa buraxılır. Ancaq qısa müddət sonra səbəbsiz yerə pizza satan bir gənci qətl yetirir və 30 il həbsdə yatır. Sevgilisinə ailəsini qurban verən 12 yaşlı qatil Jasmin Riçardson 12 yaşında anasını, atasını və kiçik qardaşını öldürür. Səbəb odur ki, Jasminin ailəsi onu 23 yaşlı sevgilisi ilə görüşməyə qoymur. Sevgilisi ilə birlikdə cinayəti törədən Jasmin cəzasını çəkdikdən sonra azadlığa çıxa bilmir. Onun psixopat olduğu üzə çıxır və hələ də ağıl xəstəxanasında müalicə edilir. "Öldürməyin necə bir duyğu olduğunu bilmək istəyirdim" Dərsdən sonra hər kəs evə, parka, əyləncə mərkəzinə getsə də Alisa Bustomante meşəyə gedib, iki qəbir qazır. Bu məzarlar onun iki qardaşı üçün nəzərdə tutulub. Ancaq qəbirlərdən biri qardaşına deyil 9 yaşlı qonşusuna nəsib olur. Alisanın 9 yaşlı qonşusunu qaçırıb öldürməsi cəmi 45 dəqiqə çəkir. 15 yaşlı qatil qız, cəsədləri elə yerdə gizlədir ki, uzun axtarışlardan sonra da tapılmır. Polislər cəsədləri qızın özü yeri dedikdən sonra tapa bilirlər. Məhkəmədə ona niyə bu cinayəti törətdiyi sual edilir. "Öldürməyin necə bir duyğu olduğunu bilmək istəyirdim,"- deyə cavab verir. Dünyanı və özünü zəhərləyən alim uşaq Nəhayət, Qraham Yonq. O, kimya dərsini çox sevirdi. Xüsusilə də zəhər hazırlamaq onun hobbisi idi. Hazırladığı zəhərlə bütün ailəsini və ögey anasını məhv edəndə onun cəmi 14 yaşı vardı. Uzun müddət müalicə olunan Qraham 23 yaşında sərbəst buraxılır. Bundan sonra o laborantlıqla məşğul olur, istədiyi maddəni və zəhəri hazırlamaq imkanı əldə edir. Əldə etdiyi talium maddəsi ilə istədiyi qədər insanı öldürə və ömürlük sinir xəstəsi edə bilirdi. O, işlədiyi müddət ərzində 70-dən çox iş yoldaşını zəhərləyir. Onlardan ikisi ölür. Digərlər də ömürlük sinir xəstəliyinə düçar olurlar. 4 dəfə ömür cəzasına məhkum edilsə də, 42 yaşında həbsxanada ölür. Ölüm səbəbi isə özünü zəhərləməsi idi.

Qatil uşaqlar haqda müdhiş faktlar - FOTOQatil uşaqlar haqda müdhiş faktlar - FOTOQatil uşaqlar haqda müdhiş faktlar - FOTOQatil uşaqlar haqda müdhiş faktlar - FOTOQatil uşaqlar haqda müdhiş faktlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6068   Tarix: 14 iyul 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168